Siyasət

Bu şəxslərə MƏNZİL VERİLƏCƏK – Prezident TƏSDİQLƏDİ

10 Mart 2025 13:35
Baxış: 978

Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yenilənmiş qanuna əsasən, Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcək.

Xatırladaq ki, Məcəllənin 48-ci bəndinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.