Siyasət
Yaqub Məmmədov: «Müxalifət yeni lider tapmalıdır - bu, nə Əli Kərimli, nə də İsa Qəmbər ola bilməz»
31 May 2010 10:12
Baxış: 290
"Müxaliflər hər seçki öncəsi enerjisini mənasız fəaliyyətə sərf edir"
- 1992-ci ildə eks prezident Ayaz Mütəllibovun vəzifələrini müvəqqəti icra etmiş Yaqub Məmmədov bu gün ölkədə cərəyan edən ictimai-siyasi prosesləri necə dəyərləndirir?
- Ölkə daxilində ictimai-siyasi proseslər stabildir. Hər şey öz axarı ilə gedir. Müxalifət öz müxalifətliyini edir, iqtidar da özünə aid olan vəzifələri icra edir. Ölkədə problemlərdən həll olanı da var, olmayanı da.
- Yaqub müəllim, müxalifət parlament seçkilərilə əlaqədar öz düşərgələrində sirli oyunların getdiyini iddia edir və son vaxtlar AXCP, ADP, Müsavat, KXCP sədrlərinin bir araya gəlməsini müəmma ilə qarşılayırlar. Bir çox liderlər Müsavatın müxalifəti parçaladığını deyirlər. Sizcə bu, müxalifətin hansı fəaliyyət növünə daxildir?
- Əvvəla onu qeyd edim ki, mən heç vaxt nə qatı müxalifətçi olmuşam, nə də qatı iqtidar. Həmişə müstəqil siyasətlə məşğul olmuşam. Yaxşıya yaxşı, pisə pis demişəm və pisin də yaxşı olması üçün öz təkliflərimi söyləmişəm. Yəni, mənim üçün milli barış, milli birlik həmişə önəmlidir. İndi də həmin mövqedəyəm. Mən heç vaxt müxalifətçilərin tərkibində olmamışam. Buna baxmayaraq, həm hakimiyyətdə, həm də müxalifətdə olanlarla əlaqələrim qalır. Bu gün müxalifətin daxilində yaranmış vəziyyət hər seçki ərəfəsində baş qaldırır. Burda qeyri-adi heç nə görmürəm. Təəssüf doğuran məsələ budur ki, onlar bir-biri ilə çəkişməklə məşğuldur və hələ də nəyisə bölüşə bilmirlər. Müxaliflər hər seçki öncəsi öz enerjilərini, vaxtlarını bu cür mənasız fəaliyyətə sərf edirlər. Bizdə müxalif qüvvələr arasında gedən çəkişmələr, mübahisələr həmişə seçki öncəsinə təsadüf edir, bu da onların ümumi dəyərlərinə mənfi təsir göstərir.
- İqtidarda olduğunuz dövrün müxalifəti ilə bugünkü müxalifəti müqayisə etsəniz, onların daha çox nədə dəyişkənliyə uğradığını söyləyə bilərsiniz?
- İndi müxalifətdə tamamilə fərqli bir situasiya yaranıb. Bunun səbəblərini daxildə axtarmaq lazımdır. Görünür, siyasi prtiyaların liderləri biri-birinin qabiliyyətini, dünya görüşünü, bacarığını yaxşı bildikləri üçün bir-birini qəbul etmirlər. Bəla burasındadır ki, bunların içərisində xarizması olan lider yoxdur. Müqaisəyə gəldikdə isə çox böyük fərq var. O dövrdə müxalif qüvvələrin hamısı bir yerdə idi. Onlar Xalq Cəbhəsinin ətrafında birləşmişdilər. Yalnız Sosial Demokrat Partiyası və Etibar Məmmədovun rəhbərlik etdiyi Milli İstiqlal Partiyası müstəqil fəaliyyətə başlamışdılar. O iki partiya da demək olar ki, Xalq Cəbhəsinin köynəyindən çıxmışdı və partiya sədrləri Xalq Cəbhəsinin rəhbər orqanlarında təmsil olunan şəxslərdən idi. Demək olar ki, onda hədəfləri bir idi və çox radikal mübarizə aparılırdı. O zaman müxalifət dağıdıcı idi. Ancaq hakimiyyətə gələndən sonra onların öz arasında da münaqişələr, fikir ayrılıqları yarandı. Elə 1993-cü ildən başlayaraq Müsavat Partiyasının fəaliyyətə başlaması ilə müxalifətdə qopmalar başlandı. Bu gün bir-birinin sözlərini eşitmirlər, biri-birini qəbul etmirər, biri-birinə qarşı müxalif mövqedə dayanırlar, bir-birini ittiham etməklə məşğuldular.
- Belə ittihamlar səslənir ki, bu didişmələr xaricin diqqətini çəkməyə yönəlir. Bu fikirlər nə dərəcədə həqiqətə uyğundur?
- Müxalifətin bu gün xaricə hesablanmış iş aparması ilə bağlı fikirlərlə razılaşmıram. Çünki 1993-cü ildən sonra ölkədə balanslaşmış siyasət aparıldı. Hakimiyyət xarici siyasətini həm region dövlətləri, həm güc mərkəzləri ilə bərabər müstəvidə qurdu və bu da sözsüz ki, öz təsirini göstərir. Fikir verirsinizsə, bu gün İran, Türkiyə və Avropa dövlətlərinin Azərbaycanla yaxınlaşması müşahidə olunur. Belə bir siyasət həmin dövlətləri qane edir. Ona görə də bu dövlətlər istəmirlər ki, Azərbaycanda hakimiyyət dəyişikliyi olsun, yaxud da hakimiyyətə qarşı radikal müxaifət yaransın. Hesab edirəm ki, xarici qüvvələr indiki müxalifətlə əməkdaşlıqda bir o qədər də maraqlı deyillər. Siz fikir versəniz, Azərbaycan müxalifətinin İranla, Rusiya ilə münasibətləri daha pisdir, nəinki hakimiyyətlə. Hakimiyyətin apardığı düzgün balanslaşdırılmış siyasət öz təsirini göstərir.
"Əli Kərimli İsa Qəmbərlə ittifaqa getmək istəyir, amma..."
- Bəzi müxalifət liderləri parlament çekilərində uğur qazanmaq üçün müxalifətdəki hegemon partiyaların və bəzi liderlərin fəaliyyətinə son qoymağı düşünürlər. Sizcə müxaliflər bu seçkilərdə kimi parlamentə "ötürmək" istəyirlər. Uzun müddətdən bəri Müsavatla AXCP arasında gedən "parlament davası"nda kim qazanacaq?
- Konkret ad çəkməyəcəm. Ümumiyyətlə, müxalifətin seçkilərdə birləşməsi, ayrılması, blok yaratması seçkilərin ümumi ab-havasına təsir göstərə bilməz. Seçkilərin hansı formada keçirilməsi daha çox hakimiyyətdən asılıdır, nəinki müxalifətdən. Gedən prosesləri izləyirəm və görürəm ki, müxalifətdaxili münasibətlərdə elə bir yenilik yoxdur. Seçki öncəsi proseslər təkrarlanır. Deyəsən, Müsavat və AXCP arasında danışıqlar gedir. Onlar namizədlərin təbliğində bir-birinə mane olmaya bilərlər. Müəyyən dairədə bir partiyanın namizədi olduğu halda başqa partiyadan ora namizəd verməyə bilərlər. Ola bilər ki, parlament seçkilərində üç nəfər bir partiyadan, 3 nəfər o birindən seçkiyə qatılsın. Onların seçkilərdə birgə iştirakı belə ola bilər. Amma parlamentə düşmək nə Əli Kərimlidən, nə də İsa Qəmbərdən asılı deyil. Yenə də bu barədə seçki kampaniyasına start veriləndən sonra söz demək olar. Amma hələ ki, hakimiyyət qalıb bir tərəfdə, müxalifət özü bir-biri ilə kompramat danşıqlar aparır. Bu gün Müsavatın parlamentdə deputatları var. Amma Xalq Cəbhəsi Partiyasının nümayəndələri yoxdur. Onlardan hansının seçilməsi barədə fikir söyləməyə çətinlik çəkirəm. Amma İsa Qəmbərin seçilmə ehtimalı yarana bilər.
- Söhbət hansı kompramat danışıqlardan gedir?
- Bu gün Əli Kərimlinin təmsil olunduğu "Azadlıq" bloku ilə Müsavat Partiyası arasında danışıqların getdiyini müşahidə edirəm. Paralel olaraq, Demokratiya Uğrunda İttifaqla Müsavat arasında da danışıqlar gedir. Əli Kərimli İsa Qəmbərlə ittifaqa getmək istəyir. Amma o, blokdan tək çıxa bilmir. Çünki "Azadlıq" blokunda olan partiyaların qarşısında öhdəçiliyi var. "Azadlıq" blokunda olan digər partiyalarla isə Müsavatın arasında münaqişə var. Ona görə də "Azadlıq" bloku ilə Müsavatın birləşməsi mürəkkəb məsələdir. Demokratiya Uğrunda İttifaqda olan müəyyən partiyalarla da Müsavat arasında problemlər var. Bütövlükdə bunların birləşməsi hələ mürəkkəb məsələdir. Seçkilər ərəfəsində müxalifətin başladığı piar birliyə yox, parçalanmaya aparır. Reallıq budur ki, müxaifətdə olan adamlar hamısı özünü lider görür. Onlar müxalifətin birliyi üçün iddialardan əl çəkib, tamam başqa namizəd tapıb onun ətrafında birləşməlidilər, lap Elçibəy kimi. Ortaya yeni bir fiqur çıxmalıdır ki, hamısını öz ətrafında birləşdirə bilsin. Yoxsa bugünkü partiyalara rəhbərlik edən adamlar öz ambisiyalarından geri çəkilənə oxşamırlar. Bunların birliyi yenə də görüntü xarakterində ola bilər. Yəni əsas köklü birlik ola bilməyəck. Bu, müxalifətin ən böyük bəlasıdır. Müxalifət parçalanıb. Çoxunun nə bazası, nə də maliyyə imkanları yoxdur. Fəaliyyətləri də yoxdur. Bu partiyalar təbii şəkildə sıradan çıxacaqlar. Ortada yenə də qalacaq həmin xalq cəbhəsindən qopanlar. Onlar da özlərinə lider tapıb, ətrafında birləşməlidirlər - amma bu, nə Əli Kərimli, nə də İsa Qəmbər ola bilməz. Çünki onlar bir-birilərini qəbul etmirlər.
"Müharibəyə əl atmaq üçün Rusiya və Amerikanın bitərəf mövqeyinə nail olmaq lazımdır"
- Yaqub müəllim, bir çox dövlətlər işğalçı Ermənistanın separatçı qüvvələrinin Dağlıq Qarabağda keçirdiyi saxta "seçkiləri" tanımasa da, işğalçıya qarşı hər hansı sərt reaksiyaya da rast gəlinmədi. Bu cür yanaşmanı nə ilə izah edərdiniz?
- Təbii ki, xarici dövlətlər Qarabağda keçirilən sekiləri tanımalı deyildi. Çünki hər bir xarici dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanın işğalçı olduğunu bilir. Amma Azərbaycan beynəlxalq təşkilatlardan başqa hərəkət gözləyir. Bölgədə maraqlı olan dövlətlər birmənalı olaraq Ermənistanı işğalçı elan edib, bizim ərazilərdən çıxarılmasını tələb etmir. Hər hansı təzyiq, yaxud iqtisadi sanksiyalar tətbiq etmirlər. Ona görə də bu problem həll olunmur. Dağlıq Qarabağ probleminin bu formada uzanmasının və dalana dirənməsinin səbəblərindən ən əsası budur. Güc mərkəzləri, beynəlxalq təşkilatlar sözdə bir şey deyir, əməldə isə başqa fəaliyyət göstərirlər. Onlar belə hallarda birmənalı şəkildə Ermənistana öz yerini göstərsəydi, problem çoxdan həll edilmişdi. Problemlərin həll olunmamsı da elə güc dövlətlərinin məsələyə bu formada ikilistandartla yanaşmasından irəli gəlir. Hər bir dövlətin öz maraqları var. Bu dövlətlər belə siyasət yürütməklə öz maraqlarını həm Azərbaycanda, həm Ermənistanda, ümumiyyətlə Cənubi Qafqazda həyata keçiririlər. Onlar bir yandan Azərbaycanın, digər tərfdən də işğalçının xətrinə dəymək istəmirlər. Bununla da öz maraqlarını təmin edirlər. Bu siyasət yalnız bizi qane etməyə bilər. Çünki bizim torpaqlar işğal edilib və biz əzab-əziyyət çəkirik. Ona görə də birmənalı şəkildə münaqişədə vasitəçilik edən təşkilatların qarşısında qəti tələb qoymaq və vaxt müəyyən etmək lazımdır. Məsələ ya həll olunmalıdır, ya da özümüz həll etmək üçün imkan qazanmalıyıq. Məsələ kəskin qoyulmalıdır. Sözsüz ki, prosesin uzanması, danışıqlar, səfərlər, burda bir bəyanat, orda bir bəyanat vermək onların maraqlarına uyğundur. Vasitəçilərin məsələ ilə bağlı "irəliləyiş var", "məsələ yaxınlarda həll olunacaq" kimi sözlərini illərldir eşidirik. Bunun bir sonu olmalıdır. Bu sonun vaxtını da Azərbaycan dövləti və xalqı deməlidir.
- Yaqub müəllim, işğal altındakı torpaqlarımızın azad edilməsində hərbi variantın qaçılmazlığı barədə rəsmi fikirlər var və bu, vasitəçilər tərəfindən istisna edilir. Beynəlxalq təşkilatların işğalçıya qarşı yumşaq davranışları regionda sülhün bərqərar edilməsilə bağlı öhdəliyi nə dərcədə təmin edir?
- Bü gün danışıqlar prosesində müəyyən aktivləşmə hiss olunur. Madrid prinsipləri ətrafında müzakirələr var. Ancaq Ermənistan Madrid prinsipləri ilə bağlı təkliflərə cavab vermədiyi üçün münaqişənin həlli ilə bağlı durğunluq yaranıb. Buna baxmayaraq, danışıqlar prosesi gedir və nə vaxt qurtarması barədə proqnoz vermək çətindir. Çünki Ermənistan öz aqressiv yanaşmasından geri çəkilmir. Beynəlxalq aləm, Minsk qrupunun həmsədrləri və regionda danışıqlar prosesinin gedişinə rəhbərlik edən digər qüvvələr isə Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün lazımi təsirlərini göstərmirlər. Bu da istər-istəməz müharibə variantını ortaya çıxarır. Əlbəttə ki, müharibə regionda marağı olan dövlətlərin maraqlarına zərbə vura bilər. Ona görə də Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri zamanı bu, əsas öhdəlik kimi ortaya atılır. Lakin danışıqlar heç bir nəticə verməyəcəksə, sözsüz ki, başqa vasitələrə əl atmaq lazım gələcək. Bunu ölkə prezidenti dəfələrlə deyib. Artıq vaxt çatıb ki, sözdən əmələ keçilsin. Təbii ki, müharibə heç kəs üçün xeyirli nəticələr vermir. Amma müharibə variantına əl atılması üçün də ən azı Rusiya ilə Amerikanın bitərəf mövqeyinə nail olmaq lazımdır. Hakimiyyət çox güclü ordumuzun, hərbi texnikamızın olduğunu bəyan edir. Güclü, nizamlı ordu ilə torpaqlarımızı işğaldan azad edə bilərik, amma beynəlxalq aləmdə heç olmasa iki dövlət məsələyə neytral mövqedə dayanmalıdır. Məsələnin həll olunmamasının əsas səbəblərindən biri də odur ki, müharibəni heç kəs istəmir. Ona görə də sözümüzü deməliyik. Yoxsa bu münaqişə İsrail-Fələstin müharibəsi kimi davam edəcək. Bunun da sonu görünmür, ona görə də bu, bzi qane edə bilməz. Bu istiqamətdə nəsə qətiyyətli addım atmaq lazımdır. Ermənistan işğalçı mövqeyindən əl çəkmir. Üstəlik həyasız çıxışlar edir. Vasitəçilərin qarşısında məsələ qaldırılmalı və müəyyən vaxt qoyulmaqla, münaqişənin həlli tələb edilməldir.
Bu gün Amerika ilə Rusiyanın bölgədə müəyyən razılığa gəlmələrinin müəyyən rüşeymləri görünür. Prezident Barak Obamanın fəaliyyətindən görünür ki, o, Rusiya ilə birgə regionda öz maraqlarını təmin etmək üçün səy göstərir. Türkiyənin də bu məsələdə əsas oyunçu kimi çıxış etməsi, Amerika, bir tərəfdən də Rusiya ilə danışıqlar aparması onu göstərir ki, Qafqazda üç əsas dövlətin fəaliyətinin əsası qoyulmaq üzrədir. Yəqin ki, bundan sonra məsələ öz həllini tapa bilər.
"Türkiyənin aktivləşməsi Qərbin və Avropa ölkələrinin razılığı ilə baş verir"
- Türkiyənin İrandan zənginləşdirilmiş uran alması, ABŞ və Avropa Birliyinin bundan sonra hansı manevrlər edəcəyi mübahisə doğurmaqla yanaşı, sonrakı addımların nə olacağı maraq doğurur. Digər tərəfdən, Ermənistan Türkiyə ilə sərhədlərin açılması ilə bağlı protokolların dondurulmasını bəyan edib. Bundan sonrakı gözləntilər nədir? Sizcə Türkiyə hansı manevrlər qarşısında dayanıb?
- Türkiyə müsəlman dünyasında çox aktivləşib. Hesab edirəm ki, Türkiyənin bu siyasəti Qərbin və Avropa ölkələrinin razılığı ilə baş verir. Qərb Türkiyə vasitəsilə müsəlman dünyasında gedən proseslərə müdaxilə etmək arzusundadır. Türkiyənin İranla yaxınlaşması da ABŞ, eləcə də Rusiyanın maraqlarına uyğundur. Ermənistan da Türkiyənin münaqişəyə cəlb olunması prosesindən narahatdır və hesab edirəm ki, bu dövlətin NATO və Avropa Birliyindən Türkiyəyə qarşı təzyiq göstərilməsi istəyi də elə-belə deyil. Ola bilər ki, bəzi beynəlxalq güclər Ermənistandan bu bəyanatları eşitmək istəmişdi, lakin buna cavab verməyi düşünmürlər. Eyni zamanda, Türkiyəyə qarşı böyük qısqanclıq var. Böyük dövlətlər qəbul edə bilmirlər ki, uzun illər İranla razılığa gələ bilmədikləri məsələni indi Türkiyə həll edir. Ona görə də əvvəllər İranın mövqeyini dəstəkləyən dövlətlər indi bu razılaşmanın əleyhinə danışırlar. Halbuki Rusiya Xarici İşlər Nazirliynin söylədiyi kimi, İranın nüvə proqramı ilə bağlı böyük dövlətlərin məhz belə bir layihəni həyata keçirmək istəyi olub. Faktiki olaraq bu, problemi bütövlükdə həll etməsə də, problemin həlli istiqamətində atılmış böyük bir addımdır. Bunu alqışlamaq əvəzinə, ABŞ yenə də bu razılaşmaya şübhə ilə yanaşır və qəbul etmək istəmir. Bu, ondan irəli gəlir ki, Qərb İranın nüfuzunun artmasını istəmir. İranın Rusiya ilə iqtisadi-siyasi münasibətləri var, Türkiyə ilə də münasibətləri normallaşır. Görünür ki, bu gün nüvə problemlərinin həllində böyük dövlətlərin öz maraqları var. Amma nəzərə almaq lazımdır ki, Türkiyə ilə Amerikanın münasibətləri strateji xarakter daşıyır və ona görə də "soyqırım" və digər məsələlərlə bağlı mübahisəli məsələlər texniki xarakterlidir. Amerika Türkiyəyə qarşı sərt mövqedən çıxış edə bilməz. Çünki Türkiyə regionda Amerikanın ən böyük tərəfdaşıdır. Amma Qərb Türkiyə ilə Ermənistanın münasibətlərinin yaxşılaşmasında maraqlıdır. Ancaq Türkiyə də açıq bəyan edir ki, Qarabağ məsələsi Azərbaycanın sərhədləri çərçivəsində həll edilməsə, sərhədlər açılmayacaq.
"Epidemiya baş qaldıra bilər"
- Yaqub müəllim, dünyanı lərzəyə salan sel suları özünü Azərbaycana da göstərdi. Aran bölgəsində bir çox kəndlərimiz suyun altında qaldı. Siz bir həkim kimi necə hesab edirsiniz, sel daşqınları insanların sağlamlıq durumunda hansı fəsadları törədəcək?
- Təbiətdə baş verən bu kataklizmlərin bütün sahələrə böyük mənfi təsiri olacaq. Bu, xeyli sayda insanların evsiz-eşiksiz qalması ilə yanaşı, sağlıq durumlarına da təsirsiz ötüşməyəcək. Bu, həm dövlət, həm insanlar üçün böyük fəlakətdir. Dövlət fəlakətin fəsadlarının aradan qaldırılması üçün işlər görür.
Bir də yəqin ki, suyun altında qalan heyvanların çürüməsi sonradan infeksiyalar törədə bilər. Ona görə də indidən profilaktik tədbirlər görülməlidir ki, bunun qarşısı alınsın. İnsanlar fəlakətlə əlaqədar böyük streslər keçirdi. Elə bütün xəstəliklərin də səbəbi stress, əsəb sarsıntılarıdır. Təsəvvür edin ki, insanların illərlə yaratdığı həyat tərzi birdən-birə məhv olur. İndi çadırlarda yaşayırlar və onlara çörək, su verilməsinə möhtacdırlar. Sel basmış yerlərdə böyük epidemiya inkişaf edə bilər. Səhiyyə Nazirliyi bununla bağlı işlər görür. Amma bu, kampaniya şəklində yox, davamlı olmalıdır.
"Hər adamın efirə çıxıb mənəviyyatdan, etikadan danışması xalqa təhqirdir"
- Yaqub müəllim, milli adət-ənənələrimizə ictimai münasibətdən və bu sahədə görülən işlərdən razısınız?
- Bu gün efir vasitəsilə ailə-məişət məsələləri çox qabardılır. Bu, bizim üçün böyük bəladır, millətin mənəvi dəyərinin aşılanmasıdır, xalqımızın adət-ənənələrinin pozulmasıdır. Bir qədər əvvəl akademik Ramiz Mehdiyev bu barədə öz məqalələrində çıxışlar etdi. Yenə hər kəs öz işindədir, mənəvi mövzular az qala biznes maraqları üçün istifadə olunur. Ən dəhşətlisi də budur ki, əxlaq, milli adət-ənənələr haqqında elə adamlar danışırlar ki, onlar mənəvi dəyərlərdən tamamilə kənar adamlardır. Hamının tanıdığı, bildiyi adamları ailə nümunəsi, yaxud mənəvi dəyərlərin qoruyucusu kimi efirdə danışdırırlar. Bu, insanlarda ikrah hissi yaradır. Düşünürlər ki, bunun özü, ailəsi belədir, amma efirdən başqasına mənəviyyatdan dərs deyir. Belə şeylər onsuz da pis vəziyyətə düşən adət-ənənələrimizi daha da pisləşdirir. Bu, böyük problemdir. Burda dövlət siyasəti də olmalıdır. Dövlətin xüsusi təşkilatları, orqanları buna nəzarət etməlidir. Hər adamın efirə çıxıb mənəviyyatdan, etikadan danışması xalqa təhqirdir. Pul toplamaq üçün hər şeydən istifadə etdilər, bu sahəni də belə bir biznes, maraq mənbəyinə çevirdilər.
- Hansı axının içindəyik?
- Hansı təsirlərin olmasına baxmayaraq, hər bir xalqın özünün adətləri var və onu qorumalıdır. Qorumaq əvəzinə dağıdıb kiməsə bənzəmək bizə yaraşmaz. Bəli, bu gün dünyaya inteqrasiya etmək lazımdır, ancaq pisi inkar edib, yaxşını təkmilləşdirmək şərtilə. Biz harda pis varsa onu gətirib özümüzdə tətbiq edirik. Bəla da burasındadır. Yaxşını götürüb yaxşılara vermək əvəzinə, pisi götürüb pislərə veririk ki, al, təbliğ elə. Başqa ölkələrdən götürdüklərinin biri də yemək bişirməkdir. Axı biz adət etməmişik ki, kişilərimiz mətbəxdə önlük geyinsinlər, yemək bişirsinlər, qab yusunlar, ev-eşik yığışdırsınlar. Amma indi bunu gətirib bizdə tətbiq edirlər. Mən bunu da lazımsız sayıram. Bu, düzgün mövqe, münasibət deyil. Bizim öz adət-ənənələrimiz var. Kişinin öz mövqeyi, öz görəcəyi işlər var. Qadınların da öz yeri var. Ailə daxilində, qapalı şəraitdə təbii ki, kişi qadına kömək etməlidir. Ancaq bunu götürüb televiziya vasitəsiylə reklam eləmək lazım deyil. Elə şeylər var ki, onlar qanunla tənzim olunmur. Ailədə, cəmiyyətdə qadın-kişi məsələsi də belədir. İndi qadınlara qarşı zorakılığın olmaması üçün hansısa qanun qəbul etməyi fikirləşirlər. Bu qanun olmasa da cəmiyyətin özündə bu münasibət formalaşmalıdır. İllərlə, əsrlərlə formalaşmış münasibətlər var. O qaydaları sivil formada inkişaf etdirib, təkmilləşdirmək lazımdır.
"Bu millətin hamısı oxuyan olmalıdır?"
Elə bilirsiniz ki, Milli Məclisdə əyləşənlər nə deyirlərsə düz deyirlər? Qadına qarşı zorakılıq olmamalıdır. Bizim adətimizdə qadın həmişə uca tutulub. Buna əməl etmək lazımdır. Dünyanın başqa ölkələrindən bizə gələnlər həsəd aparırdılar ki, avtobuslarda, tramvaylarda, metrolarda kişilər qalxıb qadına yer verirlər. Bu ənənələri qorumaq lazımdır. Qanun qəbul etməklə işlər həll olunmur. Milli Məclisdəkilərin özləri belə şeylərə əməl etməlidir.
İndi mahnı müsabiqələri keçirirlər. Bu millətin hamısı oxuyan olmalıdır? Bizim ayrı dərdimiz yoxdur? Bəyəm başqa şeyləri müzakirə edib, təbliğ etmək olmaz? Hansı kanala çevirirsənsə, hamısında oxuyurlar. Elə bil başqa işimiz-gücümüz yoxdur. Bu sahədə də lap ağını çıxarıblar. Biz auditoriya ilə işləyirik. Gənclərin əksəriyyəti belə verlişlərə qarşıdır. Amma xoşlayanlar da var.
- Siz özünüz hansı musiqiləri dinləyirsiniz?
- Azərbaycan xalq mahnılarını, klassik musiqiləri dinləyirəm. Maraqlı verilişlər olanda baxıram. Təəssüflər olsun ki, maraqlı verilişlər azdır. Bir vaxtlar mən "Ovqat" verlişini mütəmadi izləyirdim. Yaxşı veriliş idi. Amma son vaxtlar görürəm ki, onlar da ora elə adamları dəvət edirlər ki, adamın baxmağı gəlmir. Verilişə qonaq çağıranda da gərək səviyyəni saxlayasan.
"Parlament seçkisinə qatılmaq fikrində deyiləm"
- Yaqub müəllim, seçkilərə qatılacaqsınız? Hansısa blok, təşkilat seçkilərdə birgə iştirak üçün sizə təklif edibmi?
- Təkliflər var, amma mən seçkilərə qatılmaq fikrində deyiləm. İştirak edəsi olsaq da, heç bir siyasi blokda, heç bir partiyada yox, bitərəf ola bilərik.
- Niyə, siyasət bezdirib sizi?
- Yox, istəsək də, istəməsək də həyatımız o qədər siyasiləşib ki, ondan uzaqlaşa bilmirik. Amma seçkilərə qatılmaq istəməməyin müəyyən obyektiv və subyektiv səbəbləri var.
- Eks prezidentlərin statusu məsələsində hansı addımların atılmasını gözləyirsiniz?
- Birmənalı şəkildə hesab edirəm ki, prezidentlərin statusu haqqında qanun qəbul olunmalıdır. Demokratik ölkələrdən belə nümunələri götürmək lazımdır, nəinki mill-mənəvi dəyərləri korlayan şouları. Dünyada qəbul olunmuş bir qayda var. Prezident işlədi getdi, onun statusu qalır. Ona münasibət də yaxşı qalır, hərtərəfli təmin olunur. Prezident pis işləyib, yaxşı işləyib, onun dövründə nələrsə baş veribsə, bu başqa məsələ. Bundan başqa, müəyyən dövrlərdə ölkədə digər rəhbər şəxslərin hamısına normal münasibət olmalıdır. Onlar dövlət qayğısını həmişə hiss etməlidilər. Baxırsan, bunların çoxu ağır vəziyyətdədir. Mənim fikrimcə, kənarda yaşayan vətəndaşlarımızın da geri qaytarılması üçün şərait yaradılmalıdır. Ola bilər ki, 90-cı illərdə, o hərc-mərclik dövründə çox şey olub. Doğrudur, problemlər olub, amma bunların hamısı keçmişin arxivinə atılmalıdır.
- Bəs sizə olan münasibət necədir?
- Elə başqalarına necədir, mənə də elə. Nə yaxşıdır, nə pis. Başımı aşağı salıb, Tibb Universitetində elmi-pedoqoji işimlə məşğul oluram. Siyasi fəaliyyətim isə yalnız mətbuat vasitəsilə ölkədə gedən ictimai-siyasi proseslərlə bağlı fikirlərimi bildirməkdən ibarətdir.
Tahirə Qafarlı
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Lukaşenko Belarusun növbəti liderinin kim olacağını açıqladı
-
8 həftədə 4 il gəncləşmək mümkündürmü?
-
Narkotik əməliyyatında saxlanılan məşhurların görüntüləri yayıldı - (Video)
-
Bu əlamət korluğa səbəb ola bilər
-
Səhiyyə Nazirliyindən apteklərə xəbərdarlıq: Bu xidmət qanunsuzdur
-
Yanvardan pensiyalar bu qədər artacaq - Yeni xəbər
-
Rusiyada azərbaycanlı iş adamına 6 milyondan çox cərimə kəsildi
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Hava ilə bağlı son məlumat - (Yenilənib)
-
Zaqatalada yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı
-
Ronaldonun azarkeşlərinə jesti diqqət çəkdi (Video)
-
Bakıda qadın hamamda öldü
-
“Turan Tovuz”un məşqçisi 3 oyunluq cəzalandırıldı
-
Röya: "Dilim acıdır, bir söz deyirəm, səhərə qədər Allaha yalvarıram"
-
Gələn ildən ailələrlə bağlı yeni qayda: Hər kəsin məlumatı...
-
Sumqayıtda dənizdə batan gəncin meyiti tapıldı
-
ABŞ-dən vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq
-
AAAF Parkda təhlükəli mənzərə: Tikinti ayaqaltıları standartlara uyğun deyil? - (Foto)
-
Bakıya dolu yağır - (Video)
-
Müharibə veteranlarına hansı güzəştlər edilir?
-
Ada Süleymanovanın doğum günündə Anarın yer aldığı görüntü - (Video)
-
Şəfqətin kölgəsi: Akademik Adilə Namazova - 100 - (Foto)
-
Hacıqabulda kürəkən qayınatasını öldürdü
-
Azərbaycanda “Temu”ya qarşı iş başlana bilər - Səbəb