Beynəlxalq təşkilatlar tərəfindən 20 Yanvar faciəsinə hələ də hüquqi qiymət verilməyib - Ombudsman
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat verib.
Milli.Az xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan xalqının milli azadlıq ruhunun, müstəqillik arzusunun qarşısının alınması məqsədilə keçmiş SSRİ qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mülki əhaliyə qarşı amansızcasına törətdiyi qanlı hadisədən - 20 Yanvar faciəsindən 35 il ötür.
Ölkəmizə qarşı keçmiş SSRİ rəhbərliyinin qərəzli münasibətinə, tarixi torpaqlarımız olan indiki Ermənistanın ərazisindən azərbaycanlıların deportasiyasına və Azərbaycana qarşı Ermənistanın əsassız ərazi iddialarına etiraz edən xalqımızın iradəsini qırmaq üçün insanlıq əleyhinə törədilmiş bu ağır cinayət nəticəsində Bakıda və respublikamızın digər bir neçə rayon və şəhərlərində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.
Həmin gün azadlıq naminə meydanlara çıxan xalqımızın qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, silahsız insanların qorxmadan şərəf və ləyaqətlə azadlıq uğrunda mübarizə apardığı tarixi bir gündür. Günahsız insanlara qarşı vəhşicəsinə törədilmiş terror aktına baxmayaraq, Azərbaycan xalqı öz müstəqilliyinə qovuşmuşdur.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev təzyiqlərə və həyatına yarana biləcək təhlükəyə baxmayaraq, 1990-cı il 21 yanvar tarixində ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, sərt bəyanat verərək bu ağır cinayətin SSRİ rəhbərliyi tərəfindən törədildiyini dünya ictimaiyyətinə çatdırmışdır. Yalnız Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.
Beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin həmin dövrdə bu hadisənin törədilməsini qınamaması daha sonra ermənilər tərəfindən torpaqlarımızın işğal olunmasına və xalqımıza qarşı soyqırımı aktlarının törədilməsinə rəvac vermişdir.
Ovaxtkı SSRİ rəhbərliyinin əmri ilə icra olunmuş insanlıq əleyhinə cinayət nəticəsində BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri, o cümlədən keçmiş Sovet İttifaqının iştirakçısı olduğu beynəlxalq müqavilələrin tələbləri kobud şəkildə pozulmuş və insan hüquqları ciddi şəkildə tapdalanmışdır.
Lakin təəssüflə qeyd etmək istərdik ki, beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, həmin qanlı cinayəti törətmiş şəxslər məsuliyyətdən kənarda qalmışlar.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, beynəlxalq cinayətlərin ən ağır növlərindən biri olan insanlıq əleyhinə cinayət kimi 20 Yanvar hadisələrinin tövsif edilməsini və bu cinayətləri törətmiş hərbi qulluqçularla yanaşı, onların icrasına əmr verən şəxslərin də cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmək üçün beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ədalətli mövqe nümayiş etdirməyə çağırıram"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
XƏBƏR LENTİ
-
"Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək





