Siyasət

Efiopiya Prezidenti Azərbaycan liderinə başsağlığı ünvanlayıb

28 Dekabr 2024 11:21
Baxış: 304

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasie Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri.

Faciəvi təyyarə qəzası nəticəsində insan tələfatı barədə xəbəri dərin hüzn və kədərlə qarşıladıq.

Efiopiya Federativ Demokratik Respublikasının hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan xalqına və hökumətinə, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu faciəvi qəzada yaralananların tezliklə və tam sağalmasını diləyirəm.

Efiopiya bu çətin zamanda Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduğunu bildirir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.