Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Milli.Az xəbər verir ki, sözügedən sərəncama əsasən, "Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilib:
"Xalid Əhədov - Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi";
"Elçin Əmirbəyov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi" və "Xalid Əhədov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi" abzasları aşağıdakı redaksiyada verilib:
"Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Elçin Əmirbəyov - Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi";
"Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə əvəz edilib;
"Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri" sözləri "Aydın Kərimov - Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi" sözləri ilə əvəz edilib;
"Kamran Əliyev" sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilib:
"Elçin Yusubov - Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Vahid Hacıyev - Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Məsim Məmmədov - Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Bəşir Hacıyev - Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi";
"Fikrət Məmmədov" sözləri "Fərid Əhmədov" sözləri ilə, "İnam Kərimov" sözləri "Məcnun Məmmədov" sözləri ilə əvəz edilib;
"Anar Quliyev" sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilib:
"Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri";
"Vüqar Süleymanov" sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
"Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri".
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Milli.Az