İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yakov Milatoviç COP29-un yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O vurğuladı ki, COP29-u uğurlu tədbir adlandırmaq olar. Monteneqro Prezidenti COP29-da 80-dən çox dövlət və hökumət başçısının iştirak etdiyini dedi və bildirdi ki, bu tədbir, eyni zamanda, Azərbaycanın nailiyyətlərini dünyada göstərir.
Yakov Milatoviç vurğuladı ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib. Qonaq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini qeyd edərək, ölkəmizin çox böyük və nadir inkişaf yolu keçdiyini məmnunluqla vurğuladı.
Azərbaycanın COP29-u qısa müddət ərzində təşkil etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz COP-a sədrliyə başladığı vaxtdan bizə qarşı feyknyus və qarayaxma kampaniyasına start verilib. Bu kampaniyada elə təqdim edilir ki, guya Azərbaycan ətraf mühiti çirkləndirir. Amma reallıq belə deyil. Dövlətimizin başçısı dedi ki, bəzi dairələr Azərbaycanın uğurlarını, inkişafını və müstəqil siyasətini həzm edə bilmirlər.
Prezident İlham Əliyev Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də xatırlatdı.
İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən dövlətimizin başçısı qeyd etdi ki, ermənilər həmin ərazilərimizi minalayıblar, müharibə bitəndən indiyədək 300-dək Azərbaycan vətəndaşı minaların partlaması səbəbindən ya həlak olub, ya da ağır yaralanıb. İşğal dövründə Ermənistan şəhərlərimizi və kəndlərimizi dağıdıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, turizm, sərmayələr sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıldı.
Monteneqro Prezidenti dövlətimizin başçısını ölkəsinə, Azərbaycan Prezidenti isə Monteneqro dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olundu.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
-
Dünya yenidən bölünür - Tramp, Putin və Szinpin görüşü
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
XƏBƏR LENTİ
-
Eldəniz və Sənan Astanada tarix yazdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Qızıl aldı, ziyana düşdü - (Video)
-
Toralın komandası böyük hesabla qalib gəldi
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
“Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq” - Dambrauskas
-
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
-
Deputat oğlunun qətlə yetirilən Ceyhunla gizli keçmişi: "Qara biznes" və ortaq foto üzə çıxdı
-
Tramp: İrana qarşı hərbi əməliyyat keçirə bilərik
-
Deputatın oğlu barəsində dörd aylıq həbs qərarı verildi - Yenilənib - (Video)
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul





