Siyasət

Türkiyə bundan sonra da Azərbaycanla koordinasiyalı şəkildə hərəkət edəcək - Ərdoğan

29 Oktyabr 2024 07:50
Baxış: 788

Türkiyə bundan sonra da Azərbaycanla koordinasiyalı şəkildə hərəkət edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, oktyabrın 18-də Ermənistan, Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərini ölkəmizdə qəbul etdik.

"Platformanın vacib bir ehtiyaca cavab verdiyini müşahidə edirik. Biz bu strukturu institusional quruluşa çevirmək istəyirik. Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda daimi sülh üçün unikal fürsət yaranıb.

Biz Azərbaycan və Ermənistanın bu istiqamətdəki səmimi səylərini yaxından izləyirik. Davamlı sülhün əldə edilməsi üçün unikal dövrdür. Bundan sonra da azərbaycanlı qardaşlarımızla koordinasiyalı fəaliyyət göstərəcəyik", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.