12:39
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov eks-prezidentlər haqqında qanunun qəbul olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin iradəsini yüksək qiymətləndirib.
"Əlbəttə ki, eks-prezidentlər haqqında qanunun qəbulu ölkə başçısı İlham Əliyevin siyasi iradəsi ilə əlaqələndirilməlidir. Bu da Azərbaycan demokratiyasının inkişafında mühüm addımdır. Eyni zamanda, qanun ölkədaxili siyasi mühitə də müsbət təsir göstərməyə bilməz. Arzum budur ki, xalqı birləşdirən bu cür addımların sayı çox olsun. Fürsətdən istifadə edərək ölkə Prezidenti İlham Əliyevə, qanunun müəlliflərinə, parlamentdə müzakirələr zamanı qanunu dəstəkləyən deputatlara, siyasi xadimlərə, sıravi vətəndaşlara öz səmimi minnətdarlığımı bildirirəm", - Trend-in məlumatına görə, bunu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) 12-ci qurultayının iştirakçılarına müraciətində Mütəllibov deyib.
Mütəllibov müraciətində siyasətdən getməsinə də aydınlıq gətirib.
"Bu qanun keçmiş dövlət başçılarına layiqli qiymət verir. Bu da mənə, ailə üzvlərimə illər boyu çəkilən iztirabların qarşılığında mənəvi rahatlıq verir. Əziz dostlar, bu status mənə siyasətlə məşğul olmağımı qadağan etmir. Lakin mən özüm qərara gəlmişəm ki, obyektiv səbəblərə görə partiya üzvlüyündən azad olunum. Bu addımımın səbəbi odur ki, mən ailəmlə məşğul olmaq istəyirəm, həmçinin səhhətimə diqqət yetirmək istəyirəm", - sabiq prezident deyib.
----------
12:06
Ayaz Mütəllibovun həm siyasətdən, həm də Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) getməsi ilə bağlı qərarı haqqında məktub qurultay iştirakçılarının diqqətinə çatdırılıb.
Trend-in məlumatına görə, ASDP-nin həmsədri Araz Əlizadə tərəfindən oxunan məktubda Ayaz Mütəllibovun siyasətdən getməsinin səbəbləri göstərilib.
Məktubda Ayaz Mütəllibov siyasi fəaliyyəti dövründə həmişə etimadı doğrultmağa çalışdığını vurğulayıb.
O, Azərbaycana qayıtdıqdan sonra şəxsi işləri ilə məşğul olacağını diqqətə çatdırıb.
Qurultayda, həmçinin Ukrayna Prezidenti Viktor Yanukoviçə müraciət qəbul edilib. Müraciətdə Prezidentdən ölkədə həbsdə olan Sosial Demokrat Partiyasının üzvlərinin, o cümlədən siyasi məhbusların azadlığa buraxılması xahiş edilib.
Daha sonra qurultayda fasilə elan olunub və toplantı iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarətə gediblər.
Qurultayın ikinci hissəsində partiyada təşkilati məsələlərə baxılacaq, qurumun sədrliyinə və digər seçkili orqanlarına seçkilər keçiriləcək.
---------
10:54
Ayaz Mütəllibov həm siyasətdən həm də partiyadan gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ASDP həmsədri Araz Əlizadə deyib.
O qeyd edib ki, Ayaz Mütəllibovun bununla bağlı partiyanın qurultayına məktubu var və bu sənəd 12-ci qurultayda açıqlanacaq. "Ayaz Mütəllibovun bu mövqeyi partiyanın rəhbər strukturunda həmsədrlik institutunun ləğv edilməsi ilə bağlı müzakirələrə səbəb olub. Partiyanın XII qurultayında bu məsələ müzakirə mövzusu olacaq", - o deyib.
Əlizadə qeyd edib ki, qurultayda partiyanın prezident seçkisində iştirakı məsələsi də müzakirə ediləcək. "Sosial Demokrat Partiyası heç bir qruplaşmaya qoşulmaq niyyətində deyil", - Əlizadə deyib.
Bakıda şənbə günü Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) 12-ci qurultayı öz işinə başlayıb.
Qurultayda iştirak etmək üçün 172 nəfər nümayəndə seçilib. O qeyd edib ki, Macarıstan, Rusiya, Moldova, Ukrayna Gürcüstan və Qazaxıstan da daxil olmaqla 7 ölkənin müttəfiq partiyalarından 13 nəfər qonaq iştirak edir.
Milli.Az
Siyasət
Ayaz Mütəllibov Azərbaycana qayıdır - YENİLƏNİB
30 İyun 2012 12:39
Baxış: 415

DİGƏR XƏBƏRLƏR
-
Ermənistanın imzaladığı məxfi sənədlə bağlı material məhkəmədə tədqiq olunub - FOTO
-
Məhkəmədə Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub
-
Qərbi Azərbaycan İcmasından Ermənistan XİN-in bəyanatına cavab
-
Budapeşt Zirvə görüşü Zəngəzur dəhlizinə qlobal əhəmiyyətli layihə kimi baxıldığını nümayiş etdirdi - Sevil Mikayılova
-
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib
-
Axundov: “Azərbaycan heç vaxt öz ərazisində kilsə və monastırları dağıtmayıb”
XƏBƏR LENTİ
-
Bakıda salınacaq bulvar ərazisindən GÖRÜNTÜLƏR - VİDEO
-
11 ildir axtarılan narkobaron Azərbaycanda TUTULDU
-
Sürücü başqadır, maşın başqa? – AYNA taksi saxtakarlıqlarına qarşı hərəkətə keçdi!
-
"Qarabağ"ın bombardir hədəfi – Manfredas Ruzgis yoldadır! - FOTO
-
AMB yeni məzənnələri açıqladı: Avro ucuzlaşdı, rubl bahalaşdı, dollar isə...
-
Arda yeni klubunda bu qədər maaş alacaq
-
Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı - VİDEO
-
Bu ixtisaslarda keçid balı qalxacaq - AÇIQLAMA
-
“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar” - VİDEO
-
Talıb yeni doğulan qızı ilə - FOTO
-
Bakı metrosunda veyp xəbərdarlığı
-
Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA
-
Niyə Venera digər planetlərdən fərqli olaraq əks istiqamətə fırlanır?
-
Röya Ayxan qırmızı xalıda - VİDEO
-
Gündəlik saçını düzləşdirən xanımların NƏZƏRİNƏ: Bu xəstəliyi tapa bilərsiz
-
Bu telefonların ömrünə cəmi 10 gün qalıb – Tarixə qovuşurlar - SİYAHI
-
Ev sahiblərini heyran edən 8 ağıllı kağız dəsmal fəndi
-
Məşhur müşənni bu yayın trendini göstərdi - Bu ətəklər yenidən dəbdədir - FOTOlar
-
Körpə kimi yatın: Sehr kimi təsir edən təbii vasitə
-
"Google"dan ciddi xəbərdarlıq: "Bu mesajı açmadan dərhal silin" - FOTO
-
"Anam məni ziyana saldı, bu yaşımda banka borc ödəyirəm"
-
Avropa Liqasının rəmzi komandası açıqlandı
-
İlon Mask: Gələn aydan sürücüsüz taksilər istifadədə olacaq
-
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası - yenilənib