Siyasət

Bu atalar sözü həm bizdə, həm də Azərbaycanda var – Paşinyan

27 Sentyabr 2024 11:35
Baxış: 1 572

"Biz qonşularımız Azərbaycan və Türkiyə üçün bütün regional marşrutları açmağa hazırıq. "Sülhün kəsişməsi" layihəsi bunu əhatə edir, gələcəyə yönəlib".

Milli.Az globalinfo.az-a istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin 79-cu sessiyasındakı çıxışında deyib.

O, regional kommunikasiyaların üçüncü tərəfin nəzarəti olmadan açılacağını bildirib:

"Bunlar ölkələrin yurisdiksiyası, suverenliyi və ərazi bütövlüyünü hörmətlə yanaşılması, qarşılıqlı prinsip və hörmət əsasında baş verməlidir. Ermənistan öz ərazisindən keçid və daşınmanı təhlükəsiz şəkildə təmin etməyə hazırdır.

Ümumiyyətlə, mənfi mesajlar vermək istəmirəm. Bir erməni atalar sözü var: "Yaxşı deyək, yaxşı olsun". Bu o deməkdir ki, adətən müsbət şeylərdən danışanda yaxşı hadisələr baş verir. Əminəm ki, bu söz Azərbaycan, Türkiyə, Gürcüstan və İranda da var. Onlar bunu özlərininki kimi qəbul edirlər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.