Sülhə maneə törədən məsələlər var - Ceyhun Bayramov
25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
XİN-dən Milli.Az-a verilən məlumata görə, görüşdə, Azərbaycan və UNAOC arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək plan və birgə layihələr, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Azərbaycanın UNAOC ilə uğurlu və məhsuldar əməkdaşlıq etdiyi diqqətə çatdırılıb, əməkdaşlıq dinamikamızın inkişafında şəxsən töhfə vermiş ali nümayəndənin faəliyyəti xüsusilə qeyd edilib.
Ölkəmizin sivilizasiyalararası dialoqda oynadığı rolundan bəhs olunub, bu istiqamətdə həyata keçirilən birgə layihələrin əhəmiyyətindən danışılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.
Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı dövründə ölkəmizin təkcə humanitar sahədə deyil, mədəniyyət sahəsində də genişmiqyaslı və dağıdıcı nəticələrlə qarşı-qarşıya qaldığı, mədəni irsimizin məqsədyönlü şəkildə talana, məhvə və qanunsuz dəyişikliklərə uğradıldığı ifadə olunub.
İşğal dövrünün ağır humanitar nəticələrinə baxmayaraq, münaqişəyə son qoyulmasından dərhal sonra Azərbaycanın sülh gündəliyi təşəbbüsü ilə çıxış etdiyi və normallaşma prosesinin irəlilədilməsində ən aktiv tərəf olduğu diqqətə çatdırılıb. Sülh müqaviləsinin imzalanmasına maneə törədən bir sıra açıq məsələlərin mövcudluğu, xüsusilə Ermənistanın Konstitusiyası da daxil olmaqla, bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam edən ərazi iddiaların sülh gündəliyinin irəli aparılmasına mane olduğu diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezidenti İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maldiv Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
-
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi
XƏBƏR LENTİ
-
"O sevgidə həm cəsarət, həm də sığınacaq var" - FOTO
-
"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi" - Alimlərdən açıqlama
-
Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq
-
Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
"Oğlum futbol oynamaq istəmir"
-
Asan ev paxlavası dadında şərbətli şirniyyat resepti
-
Tacir Şahmalıoğlu toyda xanımına elə hərəkət etdi ki... - FOTO
-
PSJ - "Arsenal": Heyətlər açıqlandı
-
Xalq artistinin təmtəraqlı yubileyi - VİDEO
-
Arne Slot istefaya göndərildi
-
Qızları Rəvanın toyunda - VİDEO
-
Çempionlar Liqasının finalından öncə kütləvi dava
-
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
-
"AZAL" Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi uçuşları bərpa edib
-
Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı - Son sorğu
-
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
-
Rəvan Qarayevin toyundan görüntülər - FOTO
-
Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlandı
-
DİM məlumat yaydı
-
Qurban Qurbanov qərarını VERDİ
-
Kamilo Duran transferi maliyyə mübahisəsi yaratdı
-
İrandan İsrailə sərt BƏYANAT
-
Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb
-
Siyəzəndə körpü uçdu





