İlham Əliyev Çernobbio şəhərində Fabrizio Fabbri ilə görüşüb - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı "Ansaldo Energia" şirkətinin hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olundu. Orada 1280 meqavat gücündə yeni tikilən stansiya üçün "Ansaldo Energia" şirkəti tərəfindən istehsal olunan dörd ədəd qaz turbininin Azərbaycana gətirilərək quraşdırılmaqda olduğu vurğulandı. Bildirildi ki, layihənin bu ilin sonunda və ya gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.
Görüşdə "Ansaldo Energia" şirkəti ilə, o cümlədən "yaşıl enerji" sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, bu şirkət Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda çox maraqlıdır. Bu xüsusda, şirkətin "AzərEnerji" ASC ilə əməkdaşlıq etmək niyyətində olduğu vurğulandı.
Azərbaycanın Energetika Nazirliyi və "AzərEnerji" ASC ilə "Ansaldo Energia" şirkəti arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığı xatırlandı, birgə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə əminlik bildirildi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib (Foto)
-
Ceyhun Bayramov ABŞ senatoru ilə görüşüb (Foto)
-
"Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək"
-
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq
-
Azərbaycan "Metrik Konvensiya"sına qoşulub
-
Narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər cərimələnəcəklər
XƏBƏR LENTİ
-
6 aya 95 kilo arıqladı – Qadının inanılmaz dəyişimi gündəm oldu - (Video)
-
Maşından belə səslər gələndə hərəkəti dərhal dayandırın
-
Nəsrindən bikinili fotolarınıl paylaşdı
-
"Hünkar bəyəndi" resepti
-
Halit Ergençin Bergüzarı çimərlik geyimində pozlar verdi - (Video)
-
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
-
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla başlayıblar
-
Mətanət: "Onurğamdan bir ağrı tutdu ki, ikiqat qaldım"
-
Ələt-Bakı yolunda qəza: "Mercedes" aşdı - (Video)
-
Yasamalda işıq olmayacaq
-
Günün qoroskopu: Özünüzü ifadə etməkdən çəkinməyin
-
Leysana görə Tbilisi hava limanı işıqsız qaldı
-
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
-
Samirə ƏliMəryəm: "Qızım dedi ki, azularımı puç etmə"
-
“Sabah”ın potensial rəqiblərinin oyununda “Vardar” qalib gəldi
-
Dambrauskas: “Fantastik insandır, onsuz çox ağır olacaq”
-
Dalay Lama: "130 il yaşayacağam"
-
Argentina - Misir matçının ən yaxşısı seçildi
-
Qobustanda maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi
-
“Mən şeytanam” - Gupse Özay
-
Narkotik tərkibli dərmana görə yanğın törətdi - (Foto)
-
Yapon nazir Türkiyədəki suya təəccübləndi (Video)
-
Qızı "Ələkbər əmi"ni belə yad etdi (Video)
-
DÇ-2026: Argentina 1/4 finalda





