Siyasət

Misirin xarici işlər naziri Fəxri Xiyabanı və Şəhidlər Xiyabınını ziyarət etdi - FOTO

25 May 2010 11:34
Baxış: 153
Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq etdiyi nümayəndə heyəti mayın 25-də Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülüb.

Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Nümayəndə heyətinin üzvləri Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

/AzərTAc/


--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.