Siyasət

Nazirliyin səlahiyyətlərindən biri “AzerGold”a verildi

2 İyul 2024 15:29
Baxış: 782

Prezident İlham Əliyev "Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik" sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yenilənmiş qanuna əsasən, sazişin yerli tərəfdaşı dəyişib.

Belə ki, nazirlik "AzerGold" QSC ilə əvəz edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.