Siyasət

İlham Əliyev İordaniyanın Kralını təbrik edib

25 May 2024 11:15
Baxış: 450

Prezident İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyni təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.