Siyasət

Qırğızıstan lideri Azərbaycana gəlir - Hansı sənədlər imzalanacaq?

24 Aprel 2024 10:07
Baxış: 398

Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana gəlir.

Milli.Az bildirir ki, bu gün Qırğızıstan və Azərbaycan arasında bir sıra sənədlər imzalanacaq.  Azərbaycan və Qırğızıstan liderləri Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcəklər.

Sadır Japarovla Azərbaycana gələn nümayəndə heyətinin tərkibi:

• Qırğızıstan Xarici işlər naziri Jeenbek Kulubayev;

• Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini - kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayev; 

• Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev;

•Qırğızıstan Təhsil və elm naziri Doğdurkul Kendirbayeva; 

• Qırğızıstan Mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov;

• Qırğızıstan Rəqəmsal İnkişaf naziri Nuriyyə Kutnayeva; 

• Qırğızıstan Nəqliyyat və Rabitə naziri Tilek Tekebayev;

• Qırğızıstan Energetika naziri Taalaibek Ibraev; 

• Qırğızıstan İqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyev;

• Qırğızıstan Əmək, sosial təminat və miqrasiya naziri Gülnarə Baatırova; 

• Qırğızıstan Səhiyyə naziri Alymkady Beishenaliev;

• Qırğızıstan Ədliyyə naziri Ayaz Bayetov; 

• Qırğızıstan "Dövlət İpoteka Şirkəti" ASC-nin İdarə Heyətinin sədri Almambet Şıkmamatov;

• Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kairat Osmonaliev; 

•Qırğızıstan Prezidentinin İşlər üzrə Meneceri Kanıbek Tumanbayev.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.