Rusiyalı ekspert: Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir
"Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı münasibətləri yeni dövrə qədəm qoyur".
Milli.Az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı siyasi ekspert Aleksey Naumov bildirib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açılır.
"Bu, bir vaxtlar Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinin guya Moskva ilə Bakı arasında razılaşma əsasında olmadığının, işğal olduğunun, Rusiyanın Azərbaycanın inkişafına maneə olmaq üçün bu addımı güclə atdığına dair deyilənlərin boş söhbətlər olduğunu göstərdi. Biz gördük ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğu istisnasız olaraq Moskva ilə Bakı arasında olan razılaşmadan asılıdır. İki müttəfiq ölkənin rəhbərliyi nəticəyə gəldilər ki, sülhməramlıların Qarabağda qalmasının mənası yoxdur. Hətta, heç kəs 2025-ci ili gözləmədi. Hesab edirəm ki, bu, harmoniyalı, qarşılıqlı sərfəli və məntiqlə dolu olan Moskva ilə Bakı arasındakı münasibətlərə Rusiya Sülhməramlı Kontingentinin lazım olmadığını göstərir. Mən bütün azərbaycanlı dostlarımı bu əlamətdar tarix münasibətilə təbrik edirəm. Bu, Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir. Qarabağ məsələsi artıq birdəfəlik qeyd-şərtsiz bağlandı. Düşünürəm ki, biz sizinlə Rusiya-Azərbaycan münasibətlərinin tam harmoniyalı inkişafı yolunda son maneənin necə götürüldüyünü görürük. Daha Rusiya-Azərbaycan münasibətlərində ağrılı nöqtələr, ağrılı məsələlər yoxdur. İndi bu münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ruhunda inkişaf edə və Rusiya və Azərbaycan xalqlarının xeyrinə işləyə bilər", - Naumov qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev





