Yeni Kaledoniyada Fransa əleyhinə aksiya: əsas loqo - İlham Əliyevin "Dəmir yumruğ"u - VİDEO - FOTO
Aprelin 13-də Yeni Kaledoniyada Fransa hökumətinin davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı geniş etiraz aksiyası keçirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, Yeni Kaledoniyanın Yerlərdə Fəaliyyətin Koordinasiyası Mərkəzi tərəfindən paytaxt Noumeanın "Sülh" adlandırılan əsas meydanında təşkil edilən etiraz aksiyasında 30 000-dən çox insan iştirak edib.
Aksiyanın proqramına əsasən adət-ənənələr ritualları həyata keçirilib, müstəqillik tərəfdarlarının siyasi liderləri və mərkəzin nümayəndələri çıxış ediblər. Daha sonra "Sülh" meydanından yürüş başlayıb.
Etiraz aksiyasının afişasının əsas loqosu kimi Azərbaycan Prezidenti İlham Əliyevin "Dəmir yumruğu" seçilib. Bundan əlavə, Fransa kolonializminə qarşı təşkil olunan etiraz aksiyasında iştirakçılar Azərbaycan bayrağını mərkəzi meydanda qaldırıblar.
Çıxış edən Yerlərdə Fəaliyyətin Koordinasiyası Mərkəzinin nümayəndəsi Dominique Foçi layihənin Senatda keçməsi səbəbindən vəziyyətin gərgin olduğunu deyib, rəsmi Parisi yerli Kanak xalqı ilə razılaşdırmadan bunu etməməyə çağırıb, əks təqdirdə mövcud olan sülh tarazlığına xələl gətiriləcəyini vurğulayıb.
Maraqlıdır ki, Fransadan köçən şəxslər belə yerli Kanak xalqının hüquqlarına hörmət edilməli olduğunu bildirir. Məsələn, 1993-cü ildən Fransadan Yeni Kaledoniyaya köçmüş Klaude Ayrault Yelisey sarayının addımları ilə bağlı deyib ki, Kanak xalqının hüquqlarına hörmət edilməlidir: "Bizim buraya köç etdiyimizi qəbul etmək lazımdır".
Ümumiyyətlə, son günlər Yeni Kaledoniyada Fransaya qarşı etirazlar səngimək bilmir. Aprelin 2-də Fransa parlamentinin yuxarı Palatası - Senat Yeni Kaledoniyada seçki qanunvericiliyini dəyişmək məqsədilə hökumətin zorla qəbul etdirmək istədiyi qanun layihəsinin lehinə səs verib. Həmin layihəyə görə, Parisin Yeni Kaledoniyaya məqsədli şəkildə köçürdüyü insanlar səsvermə hüququna malik olacaqlar. Burada Fransa hökumətinin əsas məqsədi yerli Kanak xalqının öz ölkəsində azlıqda qalmasını təmin etməkdir.
Qeyd edək ki, Paris Yeni Kaledoniyada öz kolonial hökmranlığını saxlamaq üçün buraya əlavə polis qüvvələrini ezam edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
XƏBƏR LENTİ
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr





