Siyasət

İlham Əliyev: Bu gün Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli ölkələrə çevrilib

16 Mart 2024 14:57
Baxış: 520

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz ölkəsinin iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Həyata keçirdiyimiz birgə infrastruktur layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.