Siyasət
Alman turizm şirkəti internet səhifəsində Dağlıq Qarabağla bağlı yanlışlığı aradan qaldırıb
21 May 2010 16:59
Baxış: 205
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu ilin aprelində Almaniyada yaşayan soydaşlarımızdan biri Drezdendəki turizm şirkətlərindən birinin internet səhifəsində Ermənistana və Dağlıq Qarabağa turist səfərləri təşkil etməsi barədə elanla rastlaşıb. Elana görə, Ermənistana və Dağlıq Qarabağa təşkil edilən 13 günlük turist səfərinin 3 gününün Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, turistlər üçün nəzərdə tutulan bu məlumata siyasi təbliğat xarakterli informasiya da əlavə olunub. Elanda qeyd olunub ki, Şuşa məscidini guya fars işğalçıları tikib, azərbaycanlılar Şuşada heç bir mədəniyyət abidəsinə malik deyillər, ümumiyyətlə, Dağlıq Qarabağın Azərbaycanla heç bir tarixi bağlılığı yoxdur və 1924-cü ildə Stalin əhalisinin 95 %-nin erməni olmasına baxmayaraq, bu bölgəni Azərbaycana verib. Bu cür kobud səhv məlumatlarla bağlı soydaşımız turizm şirkətinə bir necə dəfə etiraz və şikayət məktubları göndərsə də, şirkət nümayəndələri öz hərəkətlərinə bəraət qazandırıblar.
Bundan sonra soydaşımız Azərbaycanın Almaniyadakı səfirliyinə müraciət edib. Səfirlik məsələ ilə dərhal maraqlanıb, səfir Pərviz Şahbazovun tapşırığına əsasən həmin turizm şirkəti ilə əlaqə yaradılıb. Şirkət rəhbərliyinə bildirilib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, 20 ilə yaxındır Ermənistanı beynəlxalq hüquqa zidd şəkildə bu əraziləri işğal altında saxlayır və atəşkəs elan olunmasına baxmayaraq, bu bölgədə vəziyyət sabit və təhlükəsiz deyil. Həmçinin Almaniya Xarici İşlər Nazirliyinin internet saytında Dağlıq Qarabağ münaqişə bölgəsi olduğundan bu əraziyə turist səfərlərinin təşkilinin təhlükəli sayıldığı məlumat verilib. Səfirliyimizin şirkət rəhbərliyinin diqqətinə onu da çatdırıb ki, indiki halda Dağlıq Qarabağa Ermənistan vasitəsilə və Ermənistan ərazisindən səfərlərin təşkili beynəlxalq hüquq normalarına ziddir. Azərbaycan Respublikasının bu cür fəaliyyətə sərt mövqeyini bildirən səfirlik məlumatın dərhal şirkətin veb səhifəsindən yığışdırılmasını tələb edib.
Turizm şirkətinin rəhbərliyi ciddi səhvə yol verildiyini etiraf edib və bildirilib ki, Dağlıq Qarabağa səfərlə bağlı ideyanın özü bir yanlışlıqdır və onlar belə bir elan yaymaqda hər hansı siyasi təxribat niyyəti güdməyiblər. Şirkətin nümayəndəsi təmsil etdiyi qurumun Azərbaycanla da əməkdaşlıq etdiyini, ölkəmizdə də tərəfdaş şirkətlərinin olduğunu, ümimiyyətlə, Azərbaycan Respublikası ilə münasibətlərə xələl gəlməsini istəmədiklərini vurğulayıb.
Turizm şirkəti rəhbərliyi ilə söhbətdən sonra Dağlıq Qarabağa dair məlumat şirkətin internet səhifəsindən dərhal çıxarılıb və şirkət rəhbərliyi məsələ ilə bağlı səfirliyə üzrxahlıq məktubu göndərib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident Oman Sultanını milli bayram münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib
-
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş - Yenilənib - (Video)
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
-
Yeni saziş Azərbaycanı Avropanın mühüm yaşıl enerji təchizatçısına çevirə bilər - Kamal Hacıyev
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
-
Ramil Qasımov və Emil Əfrasiyab birgə konsert verəcəklər- (Video)
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub