Siyasət

Yermentay Sultanmurat İlham Əliyevi təbrik edib

13 Fevral 2024 11:04
Baxış: 286

Qazaxıstanda fəaliyyət göstərən Ümumdünya Türk Xalqları Assambleyasının sədri Yermentay Sultanmurat Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Ümumdünya Türk Xalqları Assambleyası ümumtürk təşkilatının üzvləri - Türk superetnosu birliyinin və türk sivilizasiyasının dirçəlişi konseptual-nəzəri əsaslarının müəllifləri olaraq Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik.
Öz ləyaqətli oğlunu, yeni zirvələrin fəthinin təminatçısını seçən bütün Azərbaycan xalqını da təbrik edirik.

Qardaş Azərbaycan xalqı Ümummilli Lider, Türk dünyasının görkəmli xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyərək Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf, dövlətçiliyin möhkəmləndirilməsi sahələrində böyük uğurlara nail olub.

Sizin hakimiyyətdə olduğunuz illər Azərbaycan xalqının tarixində, Türk dünyasının birliyi və dirçəlişində çox mühüm mərhələdir.
Bu nailiyyətlər həlledici məqamlarda özünü qeyri-adi şəkildə göstərən və Sizə xas olan yüksək mədəniyyət, diplomatik məharət, təmkin, sərkərdəlik keyfiyyətləri sayəsində əldə edilib. Məhz bu keyfiyyətlər sayəsində işğalçı Ermənistanla çox çətin Vətən müharibəsini tam Qələbə ilə başa çatdırmaq mümkün olub.

Bəzi ölkələrin bacarıqsız rəhbərlər üzündən öz sərvətlərini, torpaqlarını itirdiyi bir vaxtda Siz böyük Azərbaycanın Bayrağını ölkənin bütün guşələrində ucaltdınız. Xalq güclü birlik, vətənpərvərlik nümayiş etdirdi, Azərbaycan Ordusu Qarabağda ildırımsürətli Qələbə qazandı. Buna görə də Şuşa şəhərini azad etmiş döyüşçülər bizim Assambleyanın yüksək mükafatları ilə təltif olundular. Şübhəsiz ki, Türk dünyasında böyük ruh yüksəkliyinə, sevincə səbəb olan bu hadisələr dünyanın hərb tarixinin salnaməsinə daxil ediləcəkdir. Bütün bu uğurlar görkəmli Lider, mahir sərkərdə olaraq Sizin müdrikliyiniz, xalqın birliyi sayəsində qazanıldı. Ona görə də Assambleyamız Sizi əfsanəvi türk sərkərdəsi "Kültigin" adına "Türk dünyasının Bahadırı" qızıl medalı ilə təltif edib.

Bizim nümayəndə heyətimiz Sizi şəxsən xüsusi mükafatla təltif etməyimiz münasibətilə təbrik edəcəyi, Sizinlə qiymətli fikirləri bölüşəcəyi günü səbirsizliklə gözləyir.

Xalqınız haqlı olaraq Sizi gələcəyə baxan böyük Azərbaycanın Prezidenti seçdi.

Yaşasın Azərbaycan!

Yaşasın görkəmli Prezident İlham Heydər oğlu Əliyev!

Yaşasın Türk birliyi!"

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.