Kamçibek Uzakbayev İlham Əliyevə məktub ünvanlayıb
Qırğızıstandakı Avrasiya Uşaq Həkimləri Federasiyasının prezidenti Kamçibek Uzakbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Avrasiya Uşaq Həkimləri Federasiyasının üzvləri adından və şəxsən öz adımdan növbədənkənar seçkilərdə inamlı qələbəniz və yeni müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
Biz dost və böyük ölkə olan Azərbaycanda seçkilərin gedişini diqqətlə izləyirdik və şübhə etmirdik ki, Azərbaycanın müdrik xalqı bu taleyüklü gündə düzgün seçim edəcək. Xalq yenidən əsl vətənpərvər, dünya miqyaslı rəhbər, dahi lider, müasir Azərbaycanın banisi Heydər Əliyevin davamçısını seçdi.
Biz Azərbaycanın nailiyyətləri ilə həmişə fəxr etmişik. Zati-alinizin uğurlu liderliyi ilə atılan inamlı addımlar sayəsində torpaqlar işğaldan tamamilə azad olundu. Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, həyata keçirdiyiniz Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, onun təkcə Türk dünyasında deyil, həm də beynəlxalq arenada mövqelərinin gücləndirilməsi kursuna ümumxalq dəstəyini tam şəkildə təsdiq etdi.
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq əlaqələri və həmrəylik gələcəkdə də münasibətlərimizin inkişafına kömək edəcək. Qardaş Azərbaycan xalqının Sizi yenidən öz lideri seçməsi təkcə Türk dövlətləri arasında münasibətlərin inkişafı deyil, eyni zamanda, uzun illər sülhə və sabitliyə ehtiyacı olan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olması baxımından da böyük nailiyyətdir.
Bu yaxınlarda Qırğızıstanda "Müzəffər Ali Baş Komandan: Əziz Şuşa, sən azadsan!" kitabının təqdimatında iştirak etdim. Bu kitabı oxuduqdan sonra bir daha Sizinlə fəxr etdim.
Qırğızıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi geniş təbliğ olunur. Biz qərara gəldik ki, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Xalqa bağışlanmış ömürdən anlar" kitabını qırğız dilinə tərcümə edək.
Bütün mütərəqqi insanlar Sizin həyata keçirdiyiniz strategiyanı və Azərbaycan dövlətinin möhkəmlənməsini dəstəkləyir. Bu düşüncələrlə arzu edirəm ki, seçkilərdə Sizin qələbəniz qardaş Azərbaycan xalqının, eyni zamanda, regionumuzun rifahına xidmət etsin.
Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar diləyirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur





