Siyasət

Ruslan Auşev İlham Əliyevə məktub ünvanlayıb

8 Fevral 2024 19:47
Baxış: 513

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərin yüksək nəticələri Sizin rəhbərliyinizlə aparılan, başlıca məqsədi Azərbaycanın birliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsi, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sülhün və təhlükəsizliyin, ölkədə millətlərarası və konfessiyalararası münasibətlərin gücləndirilməsi olan düşünülmüş siyasi və iqtisadi dövlət kursuna ümumxalq dəstəyini bütün aşkarlığı ilə göstərdi.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsində müvəffəqiyyətlər, Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.