Siyasət

Aviqdor Liberman İlham Əliyevi təbrik edib

26 Dekabr 2023 12:51
Baxış: 444

İsrail Knessetinin deputatı, "İsrail Bizim Evimizdir" partiyasının sədri Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm cənab İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu il Sizin Azərbaycan Respublikasına rəhbərliyinizin 20 ili tamam oldu. Siz atanızın, əfsanəvi dövlət xadimi Heydər Əliyevin siyasətini davam etdirirsiniz.

Ölkəniz Sizin rəhbərliyinizlə siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə böyük uğurlar qazanıb. Mən Bakıda tez-tez oluram və Sizin hakimiyyətiniz dövründə Azərbaycanda baş verən böyük dəyişikliklərin şahidiyəm.

Sizə möhkəm cansağlığı arzulayıram. Bizdə - İsraildə deyildiyi kimi, 120 il yaşayasınız!

Sizə gözəl ölkənizin rifahı naminə yeni-yeni uğurlar diləyirəm.

Azərbaycan Respublikasına sülh və tərəqqi arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.