Siyasət

Ceyhun Bayramov isveçli həmkarı ilə görüşüb

30 Noyabr 2023 16:40
Baxış: 469

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçin XİN rəhbəri Tobias Billström ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "X" platformasında paylaşım edib.

Nazir deyib: "Biz Azərbaycan-İsveç ikitərəfli əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Mən son regional vəziyyət və Azərbaycanın sülh və sabitliyə baxışı barədə həmkarımı məlumatlandırdım".

Qeyd edək ki, görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası çərçivəsində baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.