Siyasət

BƏM saxlanılan separatçılarla bağlı Ermənistanın iddiasını təmin etməyib - Rəsmi Bakı

17 Noyabr 2023 20:22
Baxış: 905

Separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını təmin edilməyib.

Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı XİN-in məlumatında bildirilib.

"Məhkəmə Ermənistanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib. Azərbaycan Ermənistanın və bütün digər tərəflərin qanuni istintaq tədbirlərinə müdaxiləsini dayandıracağını gözləyir"- məlumatda vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.