Siyasət
Əli Əliyev Müsavat Partiyasının ittihamlarına cavab verdi
19 May 2010 12:08
Baxış: 181
"Müsavat Partiyası bir müddətdir ki, ciddi-cəhdlə "Azadlıq" blokunda təmsil olunan partiyaların münasibətlərini korlamağa çalışır".
Bu sözləri, son günlər Müsavat Partiyası funksionerləri və partiyaya yaxın media tərəfindən ünvanına səslənən ittihamları şərh edən Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi.
"Guya hipotetik tərzdə hansısa partiyanın güclü olması, yalnız güclü partiyalarla əməkdaşlıq edəcəkləri barədə bəyantlar verirlər. Uzun müddətdir ki, bu proses ətrafımızda baş verir. Əslində bu məsələlərin kökündə nə dayandığını çox yaxşı bilirəm. Sadəcə bunun ictimailəşməsini düzgün hesab eləmirəm. Çünki öz subyektiv fikir və mülahizələrimi başqalarının siyasi fəaliyyəti kimi təqdim etmək mənim təbiətimə zidd olardı" - deyə partiya sədri əlavə etdi.
Ə.Əliyev onu da qeyd etdi ki, Müsavat Partiyasının "Bizim Azərbaycan" blokunun tərkibində ən kiçik partiyalarla, hətta fərdlərlə əməkdaşlıq etmək təcrübəsi var. "Ona görə də onların bu gün bizə qarşı yönəlmiş fəaliyyətləri anlaşılmazdır. Digər tərəfdən "Azadlıq" blokunda təmsil olunan partiyaların gücü kimə olmasa da, onlara yaxşı bəllidir. Nədənsə Müsavat Partiyası yeni birliyi parçalanmadan keçməklə yaratmaq istəyir. Ümumiyyətlə, çox qəribə, anlaşılmayan, arxasında hansı məqsədlərin dayandığı cəmiyyətə bəlli olmayan bir fəaliyyətlə məşğuldurlar" - Əli Əliyev bildirdi.
VİP sədri bəyan etdi ki, qarşı tərəfin mətbuat səhifələrində yol verdikləri tərbiyəsizlik öz cavabını almalıdır. "Fürerin kiçiyi də, böyüyü də elə onların özləridir. Müxalifətin, siyasi mühitin bugünki durumunda müsavatçıların və Müsavat rəhbərliyinin bilərəkdən, ya bilməyərəkdən etdikləri sistematik səhvlərin böyük payı var. Bu ifadələri ilk növbədə özlərinə tətbiqən dəyərləndirsinlər, sonra başqalarınına söyləsinlər. Bəli, əgər yazırlarsa ki, biz Elçibəy hakimiyyətinin əleyhinə olmuşuq, bu, doğrudan da belədir. Çünki o hakimiyyət yerində olmayıb. Bir çox problemlərimizin mənbələrindən biri də həmin hakimiyyətdir. O hakimiyyətin bir çox addımları Azərbaycan xalqının milli hərəkata inamınının sarsılmasına səbəb olub. Biz o vaxt da hesab etmişik, bu gün də düşünürük ki, bu fırıldaqçılar Azərbaycan xalqının inamıyla, etimadıyla alver edirlər. Təəssüf ki, bunun acı nəticələrini bu gün də dadırıq"- o, vurğuladı.
"Azadlıq" blokundakı müttəfiqlərindən bu məsələyə hər hansı reaksiyanın olub-olmayacağına gəldikdə isə, Ə.Əliyev bildirdi ki, onun kiminsə dəstəyinə ehtiyacı yoxdur. "Amma məsləhət olsa, blok müstəvisində bu məsələnin müzakirə ediləcəyi istisna deyil."
Aydın A.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Yanvardan pensiyalar bu qədər artacaq - Yeni xəbər
-
Rusiyada azərbaycanlı iş adamına 6 milyondan çox cərimə kəsildi
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Hava ilə bağlı son məlumat - (Yenilənib)
-
Zaqatalada yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı
-
Ronaldonun azarkeşlərinə jesti diqqət çəkdi (Video)
-
Bakıda qadın hamamda öldü
-
“Turan Tovuz”un məşqçisi 3 oyunluq cəzalandırıldı
-
Röya: "Dilim acıdır, bir söz deyirəm, səhərə qədər Allaha yalvarıram"
-
Gələn ildən ailələrlə bağlı yeni qayda: Hər kəsin məlumatı...
-
Sumqayıtda dənizdə batan gəncin meyiti tapıldı
-
ABŞ-dən vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq
-
AAAF Parkda təhlükəli mənzərə: Tikinti ayaqaltıları standartlara uyğun deyil? - (Foto)
-
Bakıya dolu yağır - (Video)
-
Müharibə veteranlarına hansı güzəştlər edilir?
-
Ada Süleymanovanın doğum günündə Anarın yer aldığı görüntü - (Video)
-
Şəfqətin kölgəsi: Akademik Adilə Namazova - 100 - (Foto)
-
Hacıqabulda kürəkən qayınatasını öldürdü
-
Azərbaycanda “Temu”ya qarşı iş başlana bilər - Səbəb
-
3-cü dəfə evləndi: İki xanımı xeyir-duaya gəldi (Video)
-
Bakıda iki azyaşlı bacının ölümü ilə bağlı TƏBİB-dən açıqlama
-
Müğənni Nəfəsə ağır itki
-
İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı