Coğrafiyanı bilməyən qız necə nazir oldu?
Yaxın Şərqdəki müsəlman qırğınına göz yuman ABŞ Cənubi Qafqazla bağlı proseslərə qarışmayan kimi görünsə də əslində müxtəlif yollarla vəziyyəti nəzarətdə saxlamağa çalışır. ABŞ bu işdə USAİD kimi "xeyriyyə" təşkilatı ilə yanaşı Kanada kimi ölkədən də istifadə edir. Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulması bunu deməyə əsas verir. Aydın məsələdir ki, ABŞ missiya daxilinə öz "vassalını" yerləşdirməyə çalışır.
"Vassal" sözü burada təəccüb doğurmamalıdır. Çünki, Kanada Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməklə məşğul olan, yarandığı gündən indiyədək xarici siyasətdə "maşa" rolunu oynayan bir dövlətdir. Bu ölkə sanki ABŞ-nin bir ştatıdır. Hətta, ştat qubernatorlarının Kanada hökumətindən daha çox səlahiyyəti var.

Məlum olduğu kimi, Kanada xarici işlər naziri Melani Coli Ermənistana gedib. O, Azərbaycanı "deportasiya"da ittiham edib və Bakını sanksiyalarla hədələyib. Bir müddət əvvəl Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi ilə özünün diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərən Colinin ölkəmizə qarşı iddialar səsləndirməsi qeyri-adi hal deyil. Bu birbaşa Azərbaycana qarşı qərəzin göstəricisidir.
Azərbaycana qarşı nifrət qusan nazir bu ölkənin Kanada iqtisadiyyatı, hərbi sənayesi üçün əhəmiyyətli olduğunu, uran məsələsində bizdən asılı olduğunu nəzərə almır. Ya da ola bilsin ki, onun xəritə biliyi çox zəifdir və Azərbaycanın hansı vacib coğrafi məkanda yerləşdiyini bilmir. Belə ki, bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uran hava yolu ilə daşınmadığı üçün onu ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Çinin buna razılıq verməsi mümkün olmadığından Kanada bu məsələdə Azərbaycandan asılıdır. Kanada Azərbaycanla təhdid dilində danışanda bu asılılığı nəzərə alsa yaxşı olar. Çünki, Azərbaycanın istənilən vaxt bu ixracı dayandıra bilməsi Kanada üçün yaxşı nəsə vəd etmir.

Prosesləri tam izləməyərək açıqlama verən Kanada kimi regiondan uzaq və proseslərdən bixəbər ölkələrin məsələyə müdaxiləsi bölgədə sabitliyin pozulması məqsədi daşıyır. Bu ölkənin Azərbaycanı sanksiyalarla hədələməsi ABŞ-nin dolayı yolla Azərbaycana növbəti təzyiq etmə cəhdidir. Məlum məsələdir ki, ABŞ Cənubi Qafqazda vəziyyətin daha da gərginləşməsinə çalışır. Onlar bu kimi yollarla sülh prosesinin imzalanması prosesinin uzanmasına şərait yaradırlar. Ermənistan xarici işlər naziri də sülh prosesinin irəliləyişi üçün yaranmış fürsəti dəyərləndirmək əvəzinə belə oyunlara alət olur.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa





