Siyasət

Ermənistan Dağlıq Qarabağ üzrə alt komitəni boykot edə bilər

19 May 2010 10:18
Baxış: 173
Milli.Az xəbər portalı Ranarmenian.net-ə istinadən xəbər verir ki, bunu "Daşnaksütyun" Partiyasının deputat fraksiyasının rəhbəri Vaan Ovannisyan deyib. Onun fikrincə, alt komitənin bərpası Ermənistan üçün faciəvi nəticələrə səbəb ola bilər. Daşnak deputat deyib ki, Ermənistanın AŞ PA-dakı nümayəndə heyəti Mövlud Çavuşoğlunun təşəbbüsünün baş tutmaması üçün əlindən gələni etməlidir.

Başqa bir daşnak deputat Ara Nranyan isə Türkiyənin Naxçıvanla dəmir yolu və hava əlaqəsinin yaradılması təşəbbüsünə qarşı çıxıb. Onun fikrincə, bu, Ermənistanın milli təhlükəsizliyi üçün təhdiddir: "Türkiyə Naxçıvanda özünün hərbi bazalarının yerləşdirilməsi istiqamətində addımlar atır. Lakin Ermənistanın buna reaksiya verməməsi qəbuledilməzdir. Belə ki, bu ərazidə Türkiyə hərbçilərinin olması geosiyasi baxımdan bizim ölkəmizin milli təhlükəsizliyinə ziddir".

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın siyasi layihəsi olan "Çiçəklənən Ermənistan" partiyası da Avropa Şurasında Dağlıq Qarabağla bağlı alt komitənin bərpasına etiraz edir. Bunu deputat Naira Zoqrabyan deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi yalnız ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilməlidir.

Naira Zoqrabyanın fikrincə, Dağlıq Qarabağla bağlı alt komissiya öz fəaliyyəti dövründə heç bir müsbət nəticə əldə edə bilməyib: "Əgər Mövlud Çavuşoğlu alt komissiyanın bərpasına nail olsa, Ermənistanın AŞ PA-dakı nümayəndə heyəti onun işini birmənalı şəkildə boykot etməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.