Siyasət

Sülhməramlıların Qarabağda 3 yeni postu da BAĞLANDI

19 Oktyabr 2023 23:19
Baxış: 1 082

2023-cü il sentyabrın 19-dan etibarən Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə postu bağlanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyin günlük bülletenində deyilir.

Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 10 post quraşdırılıb. Onlardan 5-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərir.

Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın məskunlaşma olan ərazilərinə elektrik enerjisi və qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Rusiya MN-nin 17 oktyabr tarixli bülletenində Qarabağda 13 postun quraşdırıldığı qeyd edilmişdi. Onlardan 8-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərirdi.

İki günün (17-19 oktyabr) statistikasına nəzər yetirsək, yeni quraşdırılmış 3 yeni postun bağlandığını vurğulaya bilərik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.