Gürcüstanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndiyə səfəri və orada Dövlət Bayrağımızı ucaltması ilə bağlı xəbərlərə geniş yer ayırıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, interpressnews.ge, amnebi.ge, qafqazturk.com, aktual.ge, realnews.ge, 24news.ge, interpress.ge portalları Azərbaycan, rus və gürcü dillərində silsilə materiallar yayıblar.
Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərinə, Xocalıya və işğaldan azad edilmiş digər bölgələrə səfəri və həmin ərazilərdə Dövlət Bayrağını ucaltması, eləcə də bu bölgələrdə həyata keçirilən islahatlar, erməni separatçıların aldıqları layiqli cəza, həmçinin Qarabağ bölgəsinin çiçəklənməsi ilə bağlı layihələr barədə dövlətimizin başçısının fikirləri yer alıb.
Milli.Az