Siyasət

AŞPA-da eyni gündə Bakı və Ankaraya qarşı iclas

12 Oktyabr 2023 17:02
Baxış: 884

Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Qarabağda humanitar vəziyyətlə bağlı məsələ müzakirə ediləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, iclasda Karnegi Fondunun tədqiqatçısı Tomas de Vaal, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Andreas Vizner, Almaniyanın Rostok Universitetinin Avropa və beynəlxalq hüquq üzrə professoru Byorn Şiffbauzer iştirak edəcək.

AŞPA-da həm də bu gün Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və Gəzi Parkı hadisələri ilə əlaqədar həbs olunan Osman Kavalanın təcili azad olunması çağırışını da müzakirə edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.