Siyasət

Erməni ekstremist dəstələrinin səfirliyimizə hücumu gözlənilir

1 Oktyabr 2023 09:20
Baxış: 1 101

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov Belçikada məskunlaşan "ekstremist erməni diasporu təşkilatlarının" paytaxt Brüsseldəki Azərbaycan səfirliyi qarşısında zorakılığa əl atacağını bildirib.

Bu barədə diplomat "X"da paylaşım edib.

"Oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diasporu təşkilatları Fransadan gələn analoji radikallarla Brüsselin Robert Şuman qovşağında mitinq təşkil edəcəklər. Mitinqdən sonra ekstremist dəstələr Tervüren prospekti, 282 ünvanında yerləşən Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırırlar. Səfirlik bu barədə Belçika Xarici İşlər Nazirliyi və Brüssel polisini bilgiləndirib. Təhlükə böyükdür. Brüssel polisinin xarici diplomatik missiyanı qorumasını gözləyirik", - Vaqif Sadıqov qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.