Siyasət

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...

28 Sentyabr 2023 12:42
Baxış: 3 316

"Yalanın əvəzi həmişə acı olur. Köçəryan, Saakyan, Arutyunyan, Vardanyan və bütün bu cinayətkarlar 35 il yalan danışdılar. Çıxışları ilə Azərbaycanı ələ salıb, gənclərə yalandan inandırdılar ki, guya biz Qarabağ erməniləri soyuqqanlıyıq, bizdən yaxşısı yoxdur".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri erməni bloger Roman Baqdasaryan deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hərbçilərin yüksək səviyyədə təhsil almasını təmin etdiyi halda, Qarabağ klanı pulu şouya və yalan təbliğata yatırıb:

"Erməni siyasətçilər 35 ildir gənclərin psixikasını şikəst ediblər. Bir çox oğlanı narkomana çevirdilər. Araik onlara insanlara çərçivəyə salıb həbsxanaya atmağı öyrədirdi. Bütün bu mafia 35 ildir ki, cinayətə cəlb olunanların sayını artırır və bu zaman Əliyev təhsilə milyonlar xərcləyir, hərbçiləri dünyanın ən yaxşı institutlarına oxumağa göndərirdi. Azərbaycan təhsilə pul yatırıb, Qarabağ klanı isə pulu şouya və yalan təbliğata yatırıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.