"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil, özünün arbitr rolunu çoxdan itirib" - RƏY
"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. ABŞ özünün arbitr rolunu çoxdan itirib. Bu, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ABŞ-nin ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi yarıtmaz fəaliyyətində daha aydın özünü büruzə verib".
Milli.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, ABŞ-nin davranışı, əslində, 30 il ərzindəki ənənəvi siyasətindən qətiyyən fərqlənmir: "Bu təkcə Azərbaycana münasibətdə deyil, ümumilikdə, Türk-İslam dünyasına münasibətdə ABŞ-nin sərgilədiyi ənənəvi mövqedir. Ermənistan öz ənənəsinə uyğun olaraq gah bu qütbün, gah da digər qütbün yanında dayanmaqla indiki dövrdə geosiyasi qarşıdurmalar fonunda öz mövqelərini bölgədə qismən də olsa gücləndirməyə çalışır. ABŞ-nin mövcud yanaşması Vaşinqtonda aparılan müzakirələrdəki mövqeyinə qətiyyən uyğun gəlmir. Bu isə ABŞ-nin ikili standartlardan çıxış etdiyini açıq şəkildə göstərir".
E.Mirzəbəyli bildirib ki, bu, açıq-aşkar missioner davranışıdır və səlib yürüşlərinin elementlərini xatırladır: "Hazırda Ermənistanı müdafiə etmək üçün ABŞ-nin hər hansı bir formada əsası yoxdur. Çünki 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının işğalına Vaşinqtonun birmənalı mövqeyi olmayıb. Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunan zaman da Vaşinqtonun riyakar mövqeyinin şahidi olmuşduq. Vaşinqtonda keçirilən xarici işlər nazirlərinin görüşlərində məsələ ABŞ-nin dövlət katibi Entoni Blinkenin vasitəçiliyilə məhz ərazi bütövlüyü çərçivəsində və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası nəzərə alınaraq həll olunmalı idi. Amma göründüyü kimi, bu yanaşma tərzi rəsmi İrəvanın son dövrlərdə qütbdəyişmə meyillərinin kontekstində dəyişikliyə uğrayıb".
.jpg)
Siyasi şərhçi vurğulayıb ki, Vaşinqtonun Azərbaycan haqqında, xüsusilə də Azərbaycannın suveren hüquqları ilə bağlı mövzularda hər hansı bir məsələyə münasibət bildirməyə nə hüquqi, nə də mənəvi haqqı var: "ABŞ özünün arbitr rolunu çoxdan itirib. Bu, özünü dünyada baş verən digər proseslərdə də göstərib. Bunu rəngli inqilab ssenarilərində, xalqlara fəlakət gətirən müharibələrdə müşahidə etmişik. Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. Onun elan etdiyi liberal dəyərlər özünü nədənsə cinsi azlıqlara münasibətdə büruzə verir. İnsan hüquqları və azadlıqlar ilə bağlı məsələdə, bir milyon insanın bu günə qədər tapdalanan hüquqlarında ABŞ-nin hər hansı mövqeyinin şahidi olmamışıq. İşğalçıya, təcavüzkara, soyqırımı həyata keçirənə isə açıq şəkildə dəstək verdiyini görmüşük".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi





