Siyasət

İrandakı səfirimiz: Azərbaycan Ermənistana sülh əlini uzatmasına baxmayaraq aqressiya ilə üzləşdi - FOTO

9 Sentyabr 2023 15:17
Baxış: 1 060

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə məhv edilmiş Füzuli şəhərinin görüntülərini paylaşıb.

Milli.Az-ın məlumatına görə, diplomat "X" (tvitter) sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, bunu qonşumuz Ermənistan edib və bu qəbildən olan sübutlar sonsuz saydadır.

"Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh əlini uzatdı. Lakin buna baxmayaraq, yenə də Ermənistan tərəfdən aqressiya ilə üzləşdi. Geri qalanı siz mühakimə edin", - səfir paylaşımında əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.