Siyasət

Xankəndi "meri"nin ailəsi şəhəri tərk etdi - VİDEO

3 Sentyabr 2023 01:00
Baxış: 1 945

Xankəndində özünü "mer" adlandıran separatçı David Sarkisyanın həyat yoldaşı bir müddət əvvəl Laçın sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan şəhərini tərk edib.

"Ölkə.az" xəbər verir ki, Azərbaycan İctimai Televiziyasının reportajını izləyən Ermənistan mətbuatı qadını müəyyən edib.

Ermənilər "məmurun" ailəsinin şəhəri tərk etməsinə təəccüblənirlər. Görünür, separatçı elita qaçılmaz sonun yaxınlaşdığını anladıqları üçün ailələrini çıxarır.

Qeyd edək ki, Sarkisyanın kənd təsərrüfatında işləyən həyat yoldaşı Erna Cavadyan əvvəllər hamıya söz verib ki, heç vaxt Xankəndini tərk etməyəcək və onun sakinləri ilə qalacaq.

Həmin kadrları oxuculara təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.