Siyasət

Prezident: Vətən müharibəsi zamanı Qərb jurnalistləri Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışırdılar

24 İyul 2023 15:45
Baxış: 637

Vətən müharibəsi zamanı müsahibə verdiyim Qərb jurnalistlərinin əksəriyyəti çox aqressiv idi və Azərbaycanı təcavüzkar kimi təsvir etməyə çalışırdılar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində deyib.

"Ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq. Biz, sadəcə, üzləşdiyimiz 30 illik işğalın və etnik təmizləmənin nəticələrini aradan qaldırırdıq", - deyən dövlətimizin başçısı əlavə edib ki, Qərb jurnalistləri Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışırdılar və əlbəttə, bu, tamamilə qəbuledilməz idi. Bütün bunlar Qərb mətbuatının qərəzli, qeyri-tarazlı və anti-Azərbaycan yanaşmasını nümayiş etdirdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.