Blinken İlham Əliyevə zəng edib
İyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı əsnasında Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.
Prezident İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vaşinqton Paşinyanı Azərbaycanla sülhə belə razı salıb – Şok iddia
-
Onlar Moskvaya konkret təkliflə gedirlər - Tramp
-
"Dünya Çempionatından 18 milyard qazandıq"
-
Tramp İrana xəbərdarlıq etdi
-
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
-
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
XƏBƏR LENTİ
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Səudiyyə Ərəbistanı ABŞ-dən 5 milyard dollarlıq aviabomba alır
-
15 dəqiqəyə hazırlanan qış kompotunun resepti
-
Türk məşhurların villaları uçurulacaq
-
Müəllimlərin işə qəbulu müsahibəsinin nəticələri açıqlandı
-
"Bir həftədir ürəyini, damarını yoxlatdırmayan varsa, mütləq yoxlatdırsın"
-
Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
-
“Nexta” Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - “Euronews”
-
Dünyanın ilk alışqanlı smartfonu
-
Dünya xəritəsi dəyişir - Tarixi qərar
-
Rusiyada qadının qarnından 17 kq-lıq şiş çıxdı
-
Küsülü olan Afaq Bəşirqızı ilə Əməkdar artist bir arada - (Foto)
-
Dünyada ilk dəfə: Donor tapa bilmədi, donuz böyrəyi ilə yaşadı - (Foto)
-
Alonso "Çelsi"nin ən bahalı transferindən danışdı
-
Əminə Şirini Gürcüstan toyunda "pul yağışı"na tutdular - (Video)
-
Sürücülərə şad xəbər: 1 saat tez açıldı
-
ƏƏSMN-də müdir müavini ürəktutmadan öldü - (Foto)
-
“Toyda şəklimi çəkir ki, gedib cadu etdirsin“
-
Vaşinqton Paşinyanı Azərbaycanla sülhə belə razı salıb – Şok iddia
-
"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - (Video)
-
“Komedixana”da tamaşaçının gülüşü aktyorları da güldürdü - (Video)
-
Mourinyo "Real"ın mövsümdəki ilk məğlubiyyətindən danışdı
-
"Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir





