Siyasət

Türkiyə Prezidenti: Müdafiə sənayesi sahəsində üzərimizə düşən vəzifələri bundan sonra da yerinə yetirməkdə davam edəcəyik

13 İyun 2023 15:48
Baxış: 582

Müdafiə sənayesi sahəsində atılacaq addımlar böyük əhəmiyyət kəsb edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Müdafiə sənayesi sahəsində atılacaq addımlarla yanaşı, bu sahədə təhsil məsələsinin də önəmini vurğulayan Türkiyə Prezidenti deyib: "Bu sahədə üzərimizə düşən vəzifələr var. Bu vəzifələri bu günə qədər yerinə yetirdiyimiz kimi, bundan sonra da eyni qaydada həyata keçirməyə davam edəcəyik".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.