Siyasət

Prezident: Ulu Öndərin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün təmin edilməsi idi

19 May 2023 14:44
Baxış: 632

Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpaqları ermənilər tərəfindən artıq işğal olunmuşdu, bu işğalın nəticəsində bir milyon soydaşımız tarixi yurdlarından didərgin düşmüşdü, işğal altında olan ərazilərimiz darmadağın edilmişdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün və müdafiə qabiliyyətimizin təmin edilməsi, güclü dövlət və iqtisadiyyat qurmaq idi. İki il yarım əvvəl Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və beləliklə, Ümummilli Liderin arzu və tapşırıqları həyata keçirildi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.