Siyasət

Azərbaycan Misirə dost ölkədir - Hanaf Ali Əl Gebali

15 May 2023 18:50
Baxış: 871

Azərbaycanda özümüzü ölkəmizdəki kimi hiss edirik. Azərbaycan bizə dost ölkədir və dostluğumuzun böyük tarixi var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Misir parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib.

Misirdə Ulu Öndərin xatirəsinin daim böyük ehtiramla anıldığını vurğulayan qonaq deyib ki, ölkə üçün çox çətin vaxtlarda məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir.

Hanaf Ali Əl Gebali Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu fəaliyyətinə görə təbriklərini çatdırıb, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolunun və nüfuzunun daha da artdığını vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.