Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Belyak ilə görüşüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.
"Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Belyak ilə məhsuldar görüş keçirilib. Biz ikitərəfli əlaqələrimizi müzakirə etdik və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıq", - deyə paylaşımda bildirilib.
Milli.Az