Siyasət

Türkiyə Prezidenti: İlham qardaşıma çox təşəkkür edirəm

29 Aprel 2023 14:12
Baxış: 865

Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma çox təşəkkür edirəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu aprelin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun, qardaşlığın nə demək olduğunu göstərdi".

Qeyd edək ki, Azərbaycan dövləti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət şəhərcik inşa edəcək. Bu yaşayış kompleksinin bir il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.