Siyasət

İlham Əliyev: Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir

28 Aprel 2023 18:58
Baxış: 797

Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda, bu qələbəni Azərbaycana həsr etmisiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.

Bu qələbənin ölkələrimiz və xalqlarımız arasında qardaşlığın göstəricisi olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.