Siyasət

Lavrovun müavini Azərbaycan və Ermənistan səfirləri ilə Laçın yolunu müzakirə edib

27 Aprel 2023 21:27
Baxış: 865

Aprelin 27-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbül oğlu və Ermənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri V.Arutyunyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, görüşdə Laçın yolunda və ümumilikdə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib.

Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi bir daha təsdiqlənib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory