Siyasət

Ermənistanın sülh sazişindən yayınması regionda başqa maraqlarının olduğunu göstərir - Türkiyə PA

17 Aprel 2023 10:18
Baxış: 692

Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması prosesini uzatması bu ölkə hakimiyyətinin regionda başqa maraqlarının olduğunu göstərir.

Milli.Az bildirir ki, bunu TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.

Administrasiyadan o da bildirilib ki, Azərbaycanın maraqları regionda sülh və stabilliyə xidmət edir.

"Rəsmi Bakı, regionun inkişaf etməsində maraqlıdır və bu 44 günlük Vətən müharibəsindən sonra, Azərbacanın bölgədə apardığı quruculuq işlərindən açıq şəkildə görünməkdədir", - deyə Türkiyə PA-dan bildiriblər.

PA-dan o da qeyd olunub ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsini tezliklə imzalamalıdır.

Qeyd olunub ki, hər zaman olduğu kimi Türkiyə indi də bütün məsələlərdə Azərbaycanın yanındadır və Ankara-Bakı qardaşlığı sarsılmazdır.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.