Siyasət

Bayrağı yandıran erməni bayraqdarın Azərbaycan bayrağından paltarının dizayneri olub, buna görə yüksək qonorar alıb

15 Aprel 2023 14:44
Baxış: 1 918

Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışının dizayneri olub və bayraqdarın geyindiyi Azərbaycan bayrağı olan paltarı o, şəxsən özü dizayn edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın "Bagramyan" teleqram səhifəsinə dizayner Aram Nikolyanın yaxın çevrəsindən olan mənbə bildirib.

Onun sözlərinə görə, gördüyü iş üçün Nikolyan böyük qonorar da alıb.

"Mənbəmizi bayrağı yandırmağa cəhd edən dizaynerin bu hərəkəti təəccübləndirib, çünki Aram Nikolyanın pul müqabilində Azərbaycan bayrağı ilə tikiş tikərkən qətiyyən şikayətlənməyib. Mənbəmiz Nikolyanın hansısa dairələrin təzyiqi və şantajı nəticəsində bayrağı yandırması ehtimalı ilə bağlı narahatlığını da ifadə edib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.