Siyasət

Azərbaycan bayrağının yandırılması Ermənistanın etnik nifrətinin çirkin təzahürüdür - Pakistanlı ekspert

15 Aprel 2023 15:12
Baxış: 1 004

İrəvanda ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması cinayətdir və Ermənistanın etnik nifrətinin çirkin təzahürüdür, buna heç bir cəmiyyətdə yer verilməməlidir.

Bu barədə şənbə günü Trend-ə Pakistan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taymur Akram deyib.

"Bu dəhşətli barbarlıq hadisəsi İrəvanda ağır atletika üzrə Avropa Çempionatında baş verdi. Azərbaycan bayrağı izləyicilərin gözü önündə yandırıldı. Ermənistan Azərbaycana qarşı nifrətə mübtəladır və bu ölkəyə qarşı daima bu cür davranış nümayiş etdirib. Bu nifrət Ermənistan hökumətində, erməni mətbuatında və ictimaiyyət arasında geniş yayılıb və sülh prosesinə imkan vermir", - o deyib.

Ekspertin sözlərinə görə, sülh həllərinin axtarışında daima konstruktiv yanaşmaya və əməkdaşlığa tərəfdar olan Azərbaycandan fərqli olaraq Ermənistanın əməlləri bu ölkənin gərginliyin, inamsızlığın və münaqişənin artmasını istədiyini göstərir.

"Sülh quruculuğunda birtərəfli yanaşma heç vaxt uğura aparmır. Avropa İttifaqı Ermənistanın bu cür davranışını, son dərəcə təxribatçı əməllərini və azərbaycanlılara qarşı hörmətsizliyini qınamalıdır. Azərbaycana qarşı nifrət və aqressiya bitməlidir. Ermənistan öz nifrət dolu davranışını dəyişdirərək qonşu ölkənin suverenliyinə və bütövlüyünə hörmət göstərməlidir", - ekspert vurğulayıb.

Xatırladaq ki, dünən İrəvanda keçirilən və azərbaycanlı idmançıların da iştirak etdiyi ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində tədbirin təşkilatçılarından biri nümayişkaranə şəkildə Azərbaycan bayrağını yandırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.