Siyasət

Prezident: İlbəil gözəlləşən Düşənbə şəhərinin coşqun inkişafını görəndə çox sevindim

5 Aprel 2023 19:35
Baxış: 403

Paytaxtınız, ilbəil gözəlləşən Düşənbə şəhərinin coşqun inkişafını görəndə çox sevindim. Mən axırıncı dəfə Düşənbəyə təqribən beş il bundan əvvəl gəlmişdim və əminliklə deyə bilərəm ki, bu qısa müddət ərzində mühüm müsbət dəyişikliklər baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında söyləyib.

Tacikistanlı həmkarını və bütün qardaş Tacikistan xalqını Tacikistanın sosial-iqtisadi inkişafında böyük nailiyyətlər münasibətilə təbrik edən dövlətimizin başçısı deyib: "Onu da qeyd etmək istərdim ki, Həm gördüklərim, həm də Tacikistan Prezidentinin gələcək planlar barədə mənə dedikləri ona dəlalət edir ki, Tacikistanın paytaxtı daha gözəl, qonaqlar və sakinlər üçün daha rahat olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.