Siyasət

Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar

27 Mart 2023 07:37
Baxış: 1 227

Avropada yaşayan ermənilər AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç və Azərbaycan milli komandaları arasındakı qarşılaşmada təxribatlar törətməyə hazırlaşır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İsveç mətbuatı xəbər yayıb.

Məlumatda qeyd olunur ki, "Artsax Azadlıq Təşkilatı" adlı qondarma birliyi idarə edən şəxslər "Facebook" və digər sosial şəbəkə platformaları üzərindən çağırışlar edirlər.

"Biz ən azı 100 nəfər olmalıyıq" şüarı ilə paylaşılan postlarda qeyd olunur ki, məqsəd oyundan əvvəl və matç zamanı stadionda siyasi etirazlar təşkil etmək, Azərbaycana qarşı müxtəlif siyasi şüarlar səsləndirmək olacaq.

Xatırladaq ki, futbol üzrə İsveç və Azərbaycan milli komandaları arasında görüş martın 27-də "Friends Arena"da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.